Bolqarıstan Hərb Tarixi Muzeyi

Bolqarıstan Hərb Tarixi Muzeyi (bolq. Национален военноисторически музей) — Bolqarıstanda yerləşən hərb tarixi muzeyidir. Muzey Bolqarıstanın Sofiya şəhərində yerləşir. Müdafiə Nairliyinin tabeliyində olan muzey müxtəlif adlar altında 1 avqust 1914-cü ildə müəssisə şəklində yaradılmışdır. 4 iyul 1916-cı ildə isə muzey statusu almışdır. Qapalı sahənin ərazisi 5000 kvadrat kilometrdir. Açıq sərgi sahəsinin ərazisi isə 40000 kvadrat kilometrdir (500 kvadrat metr yaşayış sahəsi). Həmçinin muzeydə kitabxana və kompüter mərkəzi fəaliyyət göstərir.

Hərb Tarixi Muzeyi
Əsası qoyulub 1916
Mövzu hərb
Ölkə
Yerləşir Sofiya, Bolqarıstan
Muzeyə yetişmək Sofiya küçəsi „Çerkovna“ 92
İş rejimi 10.00- 18.00
42°41′18″ şm. e. 23°21′02″ ş. u.
Hərb Tarixi Muzeyi xəritədə
Hərb Tarixi Muzeyi
Hərb Tarixi Muzeyi
militarymuseum.bg
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Muzeydə müxtəlif raket növləri
Aero L-29 Delfin təyyarəsi sərgidə

Tarixi[redaktə | mənbəni redaktə et]

Hərbi Tarix Muzeyi 4 iyul 1916-cı ildə yaradılmışdır. Hərbi Muzey Komissiyası, arxiv, kitabxana və sərgi isə 2 ildən sonra yaradılmışdır. Həmin dövrdə Bolqarıstanda yerləşən 3 muzeydən biri idi.

1949-cu ildə muzey Milli Ordunun Mərkəzi Muzeyi adlandırılmışdır. 1950- 1951-ci illərdə muzey başqa binaya köçürüldü. Dənizkənarı parkın "General Skobelev" 23 küçəsində yerləşən muzeyin sahəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. 1952-ci ildə muzey yeni sərgi açdı. 1956-cı ildən muzeydə seminariyalar işə başladı.

1967-ci ildə Bolqarıstan ilə Macarıstan arasında bağlanan sazişdən sonra xaricdə ilk dəfə Birinci Bolqarıstan Ordusu Muzeyi yaradıldı.

1971-ci ildən muzey "Hərbi Tarix Milli Muzeyinin materialları" adı altında elmi jurnal nəşr edir. 1975-ci ildə isə elm və incəsənət sahəsində fərqlənənlər üçün Milli Muzey tərəfindən birinci dərəcəli "Əziz Kiril və Mefodiya" ordeni təsis olunub.

2001-ci il aprel ayında Hərbi Tarix Muzeyi "Çerkovna" 92 ünvanına köçürüldü.[1]

Açıq havada sərgi[redaktə | mənbəni redaktə et]

Muzeyin açıq sahə sərgisində aşağıdakı eksponatlar sərgilənirː

Аrtilleriya[redaktə | mənbəni redaktə et]

  • Almaniya 10.5 sm leFH 16
  • Almaniya 7.7 sm FK 96 n.A.
  • Almaniya 10 sm K 14
  • Rusiya 6 dyum top
  • Rusiya M1876 8 dyum top
  • 7.5 sm Pak 40
  • 10 sm Kanon 18
  • 10.5 sm leFH 18
  • 15 sm sFH 18

Mərmilər[redaktə | mənbəni redaktə et]

Hərbi maşınlar[redaktə | mənbəni redaktə et]

Таnk muzeyin sərgisində

Tanklar[redaktə | mənbəni redaktə et]

Təyyarələr[redaktə | mənbəni redaktə et]

Sərgi[redaktə | mənbəni redaktə et]

Hal-hazırda muzeydə 1 milyondan çox eksponat saxlanılır, bununla da Bolqarıstan və Avropa hərbi tarixini öyrənmək mümkündür.

Muzey 5 kvadrat kilometr ərazini əhatə edir. Muzeyə kitabxana və kompüter mərkəzi, elmi ixtisaslaşdırılmış ədəbiyyat və həmçinin muzeyin kolleksiyası daxildir.

Muzeyin 2 zalında mükafatlar və fərqlənmə ordenləri saxlanılır. Birinci otaqda 960 medal və döş nişanı vardır. Bu da Bolqarıstanın hərb sisteminin inkişafını göstərir.[2].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2013-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-10.
  2. "Национальный военный музей - Sofia". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-10.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]