Bolqar Avraami

Bolqar Avraami (rus. Авраа́мий Бо́лгарский) — Rus Pravoslav müqəddəsiəzabkeşi.

Bolqar Avraami
Doğum tarixi XII əsr
Doğum yeri
Vəfat tarixi 4 yanvar 1229(1229-01-04) və ya 1 aprel 1229[1]
Vəfat yeri
Xatirə günü 6 mart
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, müasir Rusiyada, indiki Tatarıstan ərazisində müsəlman İdil bulqarlarından olan tacir ailəsində anadan olmuşdur. O, müsəlman olmuş, yoxsullara qarşı yaxşı və mehriban davranmışdır.[2] Daha sonra xristianlığı qəbul etmişdir. Müsəlmanlar israrla onun xristianlıqdan imtina etməsinə çalışmış, lakin Avraami öz imanında qalmışdır. O, mürtəd olduğu üçün bulqarlar tərəfindən edam edilmişdir. Avraami Bolqarda rus tacirləri tərəfindən dəfn edilmişdir.[3] 1230-cu ildə, böyük knyaz Yuri Vsevolodoviçin dövründə, İbrahimin qalıqları Vladimirə aparıldı və Knyaginin monastırında böyük knyaz və yepiskopun iştirakı ilə dəfn edilmişdir.[4]

  1. Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
  2. ""Martyr Abraham of Bulgaria", Orthodox Church in America". 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  3. АВРААМИЙ [АВРАМИЙ БОЛГАРСКИЙ (in Russian)] Arxivləşdirilib 2023-02-17 at the Wayback Machine Retrieved on 28 Feb 2018
  4. Авраамий, мученик. Русский биографический словарь. Аарон — Александр II. Источник: т. 1 (1896). с. 39.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]