Bolt (film, 2008)

Bolt - "Volt Disney" animasiya studiyası tərəfindən istehsal edilən komediya filminin kompüter verisiyasıdır. Bu animasiya filmi 2008-ci ildə Amerikada çəkilmişdir. Bu Kris Vilyams Mulan animasiya filmindən sonra çəkdiyi ikinci filimdir və Byron Hovardla birgə hazırlayırlar. Filmi səsləndirən kinoulduzlar Con Travolta, Miley Cyrus, Molkom Makdovel, Diedrich Pis, Nik Swordos, Qreq German, Suzi Essman və Mark Voltodur. Bu animasiya filmidə CGI Disney-in əvvəlki animasiya filmləri Kiçik Cücə (ing. Chicken Little) və Robinzonlarla görüş (ing. Meet the Robinsons) animasiya filimlərində olduğu kimi Bolt-da teatrlarda üç ölçülü 3d animasiya filmi kimi yayıldı.Animasiya filmi bir çox filim mükafatlarına o cümlədən "ən yaxşı animasiya filmi" mükafatına namizəd olmasına baxmayaraq o, Divare-yə uduzdu.

Bolt
ing. Bolt
Rejissor Kris Vilyams
Prodüser Klark Spenser
Yaradıcısı Dan Fogelman
Kris Vilyams
Ssenari müəllifi Kristofer Merfey
Robert Mark Kamen
Rolları səsləndirənlər Con Travolta
Miley Kayrus
Syuzan Essman
Mark Valton
Malkolm Makdauell
Con Di Macio
Bəstəkar Con Pauell
Animatorlar Tim Mertens
Dil İngilis dili
Ölkə ABŞ ABŞ
Studiya Walt Disney Feature Animation
Davametmə müddəti 96 dəqiqə
İl 2008
Büdcə $150 milyon
Gəlir $309,979,654
ID 0397892

Məzmun[redaktə | mənbəni redaktə et]

Bu animasiya filmində Boltu-super güclərə sahib olan it sahibi Peni adlı qız Doktor Kalikonun pis planları ilə mübarizə aparır. Əslində Boltun super gücləri yoxdu, bu adi bir televiziya filmidi. Lakin Bolt elə bilir ki, bunların hamısı həqiqətən baş verir və onun super gücləri var. Filmin axrıncı seriyasında filmin senarisinə görə Doktor Kaliko(o filmdə mənfi rolda çəkilib, əslində pis deyil) Penini oğurlayır. Bolt elə bilir ki, onu həqiqətən oğurlayıblar və onun rolu təbii oyananası üçün onu Penidən ayırırlar. O Penini tapmaq üçün pəncərədən çıxır və səhvən plastik yer fındıqları ilə dolu olan qutuya düşür, hansı ki, bu qutu Hollovuddan Nyu Yorka göndərilirdi. Nyu Yorda o, sahibsiz göyərçinlərə hədə qorxu gələrək ona yemək verməyə məcbur edən pişiklə-Mittenlə rastlaşır. Bolt elə bilir ki, Mitten Doktor Kalikonun qara pişiyidi və Mitteni məcbur edirki, onu Hollivuda Penini gizlətdikləri yerə aparsın. Eyni zamanda Peni Boltun yoxa çıxmasına bərk kədərlənir, ancaq filmi çəkənlər onu Bolta oxşar itlə filmə çəkilməyə məcbur edirlər. Zaman keçdikcə Bolt fikir verir ki, onun super gücləri işləmir və o harasa bərkdən dəyəndə ağrıdır və deşiləndə qan çıxır. Mitten ona ac olanda necə insanlardan yemək almağı öyrədir. Onlar bu zaman dağsiçanı ilə Boltun 1N-li TV fanattı ilə görüşürlər və oda onların dəstəsinə qatılır. Mitten Boltu inandırmağa çalışır ki, onun super gücləri yoxdur. Lakin onların hər ikisini heyvan sığınacağı tutub aparır. Lakin dağ siçanı nərdivan gətirməyə getdiyi üçün onu görmürlər. Sonra dağsiçanı tərəfindən yolda xilas edilən Bolt nəhayət başa düşür ki, o sadəcə normal itdir və o dağsiçanı ilə Mitteni xilas edir. Yolüstü Bolt tipik it fəaliyyətlərindən (məsələn; maşının pəncərəsindən başını çölə çıxarıb ağzını açıb dilini çölə çıxarmaq,çubuğu gətirmək,torpağın altında sümük basdırmaq və s.) zövq almağı Mittenin köməyi ilə öyrənir. Lakin Las Veqasdan uzağa getməkdən Mitten imtina edir. O Bolta deyir ki, onun Hollivud həyatı saxtadır və orada onu heç kim gözləmir. Mittenin emosional nitqindən Bolt başa düşür ki, Mitten əvvəllər ev pişiyi olub və onun sahibi tərəfindən küçəyə atılıb. Bolt artıq fikirləşirki, Peni onu istəmir. Dağsiçanı biləndə ki, Bolt gedib onu axtarmaq üçün Mittenlə gedir. Bolt, nəhayət, studiyaya çatır və onun oxşarını qucaqlayan Penini görəndə Mittenin sözləri yadına düşür və qəmli halda studiyadan çıxır. Peninin hələdə onun üçün darıxdığını və onun oxşarını yalnız filmin məşqi üçün qucaqladığını Mitten görür. Bunu Bolta deyir. Bu zaman filmin çəkilişi zaman məşəl aşır və studiyada yanğın baş verir. Bolt bunu hiss edir və Penninin yanına qaçır. Studiyadan qəza nəticəsində Penidən başqa hamı çıxa bilir. Bolt onu super hürməyi yoxlayır. Yanğın söndürənlər onun səsini eşidir və onları xilas edirlər. Peninin anası onu filmdən çıxarır və onlar yeni ev heyvanları Mitten və dağsiçanı ilə yenikənd evlərinə köçürlər. Peni üz cərrahiyəsi edir, çünki əvvəlki Penin əvəzinə gələn aktirisanın üzü ona çox oxşamır. Filmin senarisində isə bu Doktor Kalikonun onları tapmamağı üçün edilmişdi. Lakin Boltu və Penini yadplanetlilər aparır. Bu isə dağsiçanına təbii gəlmir.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Bolt kimi Con Travolta
  • Penni kimi Miley Cayrus
  • Mitten kimi Suzi Essman
  • Dağsiçanı kimi Mark Volton
  • Doktor Kaliko kimi Malkolm Makdauell
  • Bleyk kimi Nik Swardson
  • Diedrich Doktor Kalikonun qara pis pişiyi kimi
  • Gənc Penni kimi Chloe Moretz
  • Agent kimi Qreq Germann
  • Direktor kimi Ceyms Lipton
  • Qatil kimi Randy Savage
  • Mindy kimi Kari Wahlgren
  • Mindy kimi Kari Wahlgren
  • Penninin Anası kimi Grey Delisle

Musiqisi[redaktə | mənbəni redaktə et]

Bolt animasiya filminin musiqisini Con Povell bəstələdi.Bolt animasiya filmində iki orjinal musiqi "Ayda hürmək" və "Mən fikirləşirəm ki, sizi itirdim" səslənib.Bu musiqi Ən yaxşı animasiya musiqisi Qızıl Yer Kürəsi mükafatına namizəd oldu.Bu musiqini Rilo Kiley çaldı və müğənnisi Cenni Levis idi.Baxmayaraq ki, Moterheadında bu animasiya filmində musiqisi var amma o heç bir mükafata namizəd olmadı.Moterheadın mahnısı filmin əvvəlində Bolt Penini tapmaq üçün səhvən Hollivuddan Nyu Yorka göndərilən qutuya düşəndə səslənir. Miley Cyrus, Con Travolta, tərəfindən "Mən Fikirləşdim ki, mən Sizi İtirdim", 3:36 Cenni Lüis tərəfindən "Ayda hürmək", 3:17

  • "Boltu qarşılayın," 1:49
  • "Bolt Çevirir," 1:00
  • "Skuter Təqibi," 2:29
  • "Nyu York," 1:44
  • "Mitteni qarşılayın," 1:25
  • "RV Parkı," 2:14
  • "Sürət Qatarı," 2:38
  • "Harada ki idi, Siz Kərgədənin Günü" - 1:58
  • "Xorla oxuma Kərgədəni," 0:42
  • "Mitteni xilas edərək ," 1:02
  • "Təkərlərdə ev," 3:07
  • "Las Veqas," 2:01
  • "Ehtiyacda Dost," 1:13
  • "Pennini xilas edərək," 3:09
  • "Real Superbark," 0:46
  • "Qeyri-adi televiziya," 1:20
  • "Ayda (Təkrar)" Hürən Axırıncıda ev, 1:29

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]