Bombey adası

Bombey adası (ing. Isle of Bombay) — Hind okeanında yerləşən adalar qrupu. Hindistan ərazisində yerləşmişdir. Yeddi Bombey adaları arxipelaqına daxil olan adadır.[1]

Bombey adası
ing. Isle of Bombay
Bombey adalarının kosmosdan görünüşü
Bombey adalarının kosmosdan görünüşü
Yerləşməsi
19°08′12″ şm. e. 72°53′28″ ş. u.
Ölkə  Hindistan
Arxipelaq
Akvatoriya
Bombey adası xəritədə
Bombey adası
Bombey adası

Yeddi Bombey adası[redaktə | mənbəni redaktə et]

1893-cü ildə Bombey adasının xəritəsi
Yeddi Bombey adası

Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur.[2] Malabar-Xill təpəsində Silxara sülaləsi zamanında tikilmiş Valkeşvar adlı qədim hindu məbədi bu adada yerləşir. Adada bir çox etnik qrup yerləşdirilirdi: maratxilər, parslar, qucaratlılar, müsəlmanlar, həmçinin Portuqaliyadanİngiltərədən gəlmələr. Ada tez-tez, xüsusilə qabarmalar və çəkilmələr zamanı su altında qalırdı. Buna görə də 1782–1784-cü illər arasında Britaniya hakimiyyəti Vorli adasından ayrılmış Bombeyi yenidən birləşdirdi.[3]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Ada Hind okeanında yerləşmişdir və Ərəbistan dənizinin sularıyla yuyunur. Adanın sahəsi — 603 km²-dir. Dəniz səviyyəsindən hündürlüyü — 10 metrdən 15 metrə qədər çatır. Bombey adası özünün yerləşdiyi arxipelaqın mərkəzi hesab olunur. Ada cənubdan Kolaba və Kiçik Kolaba (Qarıların Adası) adalarına qədər uzanır. Şimaldan — hal-hazırda yerində çay olan Mazaqaon adası, Parel, Maxim və Vorli adaları ilə sərhəddir. Ada dörd körfəz ilə əhatə olunmuşdur: Vazai-Krik, Qorai-Krik, Malad-Krik, Tan-Krik. Adada çaylar yerləşmişdir: Daxisar, Oşivara, Poysar, Mitxi və göllər: Tulsi, Vixar, Povay. Materikdə yerləşən Ulxas çayının ağzı bu adada yerləşib. Adada dağlar yoxdur, amma 13 köhnə təpədən ibarət 22 təpə yerləşmişdir: Malabar, Kumbala, Antop, Seuri, Qilbert, Uorli, Pali, Mazaqaon, Sion, Maxakali, Qoandji, Pulşaçi, Salamati. Təpələrə ingilis variantında "-Xill" hissəsini (ingilisdən — "təpə") əlavə edirlər.[4]

Fauna[redaktə | mənbəni redaktə et]

Ada canlı varlıqların müxtəlifliyiylə məşhur deyil, çünki əsas onun hissəsi şəhər ərazisiylə tutulmuşdur. Bombeyin faunasında quşlar üstünlük təşkil edir:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Seven Islands". Mumbai Pages. 26 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2014.
  2. Gillian Tindall. City of Gold: The Biography of Bombay. Penguin Books India. 1992. 26–. ISBN 978-0-14-009500-5. 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  3. Worli and Prabhadevi Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine Created on Jul 17, 1995
  4. "History of Land reclamation in Mumbai". Mumbai Pages. 14 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2014.