Bon festivalı

Edo dövründə Bon festivalının qeyd edən ailə.

Bon festivalı (yap. お盆) - Yaponlar tərəfindən əcdadlarının ruhlarını şərəfləndirmək üçün təşkil edilən festival. 500 ildən çoxdur ki, Yaponiyada qeyd edilən bayram Bon-Odori adlı ənənəvi rəqsdin meydana səbəb olmuşdur.[1] Bon festivalı adətən qeyri-iş günləri təşkil edilir. 3 gün davam festivalda musiqi-rəqs vəhdəti ilə yanaşı müxtəlif əyləncələrdə təşkil edilir. Müasir dövrdə festival bir çox ölkələrin iştirakı ilə də keçirilir. Yapon ənənələlərinə görə festival müddətincə vəfat etmiş insanların ruhları öz ailələrini və evlərini ziyarət edirlər. Bu səbəblə evlərin qapılarının qarşısında ruhları qarşılamaq məqsədilə tonqallar qalanır. Su hövzələrinə əcdadların ruhlarını təmsil etmək məqsədilə üzən şamdanlar buraxılır. Evlərin müqəddəs sayılan yerləri təmizlənir və ruhların rahatlıq tapmaqları üçün dualar edilir.[2]

  1. What is Obon, 1998, Shingon Buddhist International Institute, California, http://www.shingon.org/library/archive/Obon.html Arxivləşdirilib 2020-01-26 at the Wayback Machine.
  2. Obon: Japanese festival of the dead, 2000, Asia Society, http://www.asiasource.org/news/at_mp_02.cfm?newsid=27391 Arxivləşdirilib 2008-03-02 at the Wayback Machine.