Bonapartlar

Bonapartlar (fr. Bonaparte, ital. uonaparte) – fransız imperatorları sülaləsi

Bonapartlar
Ölkə
Banisi I Napoleon
Əsası qoyulub 1804-1815
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsasını 1804–1814 və 1815-ci illərdə hakimiyyətdə olmuş I Napoleon qoymuşdur. 1852-ci ildə III Napoleon Bonapartın hakimiyyətini bərpa etmişdir. I Napoleon, Lüsyen Bonapart istisna olmaqla bütün qardaşlarını fransız ordusunun işğal etdiyi və ya fransız işğalları nəticəsində yeni yaranmış dövlətlərə başçı təyin etmişdi: Jozef Bonapart (1768–1844) Neapol kralı və İspaniya kralı; Lui Bonapart (1778–1846) Hollandiya kralı; Jerom Bonapart (1784–1860) – Vestfaliya kralı olmuşdur. I Napoleonun bacıları: Eliza (1777–1820) – Lukka və Pyombino şahzadəsi, Toskana böyük hersoginyası; Polina (1780–1825) – Quastal hersoginyası (İtaliyada) 1806 ildən; Karolina (1782–1839), marşal Müratın (1808–1815-ci illərdə Neapol kralı) arvadı. I Napoleonun Mariya Luiza ilə nikahından olan oğlu, tərəfdarlarının II Napoleon adlandırdıqları Fransua Şarl Jozef Bonapart (1811–1832) Reyxştadt hersoqu olmuş, 1814-cü ildən babası Avstriya imperatoru I Fransın sarayında yaşamışdır; siyasi rol oynamamışdır. I Napoleonun qardaşı oğlu Lui Napoleon Bonapart (1808–1873) 1848-cü ilin dekabrında Fransa respublikasının prezidenti, 1852-ci ilin dekabrında III Napoleon adı ilə Fransa imperatoru olmuşdur. 1870-ci il 4 sentyabr inqilabı nəticəsində III Napoleon taxtdan salınmış və Bonapartlar sülaləsinin hakimiyyətinə son qoyulmuşdur.