Avstriya palıdı

Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.

Avstriya palıdı
Elmi təsnifat
Beynəlxalq elmi adı
Quercus cerris

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir.

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25–40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4–8 mm tükcüklərlə örtülmüş böyük qozadır.

İşığı və istiliyisevən bitkidir. Torpağın quraqlığına davam gətirir.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazın dağətəyi zonalarda rast gəlinir.

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Dekorativ bitkidir, qırmızı qabıqları, tünd yaşıl, sonradan qızılı olur, sarı yarpaqları payızda uzun müddət bitkinin üzərində qalır. Qozaları çox acıdır, ancaq quşlar və dələlər tərəfindən yeyilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 997.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh