Boris Nikolayeviç Livanov (rus. Бори́с Никола́евич Лива́нов; 25 aprel (8 may) 1904[1], Moskva[2] – 22 sentyabr 1972[2][1], Moskva[2]) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası.
Boris Livanov | |
---|---|
Doğum tarixi | 25 aprel (8 may) 1904[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 sentyabr 1972[2][1] (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, teatr rejissoru |
Fəaliyyət illəri | 1924-cü ildən |
Teatr |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.