Borland

Borland Proqram Təminatı şirkəti (Borland Software Corporation)Proqram təminatı istehsalçısı olan şirkətdir. 2009-cu ildə Böyük Britaniyanın Micro Focus şirkəti tərəfindən alınıb. Şirkət 1981-ci ildə İrlandiyada üç danimarkalı – Nils Yensen (Niels Jensen), Ole Henriksen və Mogens Glad tərəfindən yaradılıb. İlk illər əsas fəaliyyəti CP/M əməliyyat sistemi üçün proqram təminatının işlənib hazırlanması olub. Amerika bazarına çıxmaq üçün şirkət 1983-cü ildə səhmdar cəmiyyətə çevrilmiş və Borland International adlandırılmışdır.

Borland
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti, ictimai şirkət
Sənaye proqram təminatı sənayesi[d], proqram təminatı
Məhsulları Delphi[d], proqram təminatı[1]
Təsis tarixi 1983
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Xalis mənfəəti
  • 269.000.000 $ (2007)
Struktur
İşçi sayı
  • 1.100 nəf.
borland.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənzil-qərargahı Ostin (Texas ştatı) şəhərində yerləşirdi. Şirkəti məşhur edən Turbo Pascal proqramlaşdırma aləti olub. 1990-cı illərin əvvəllərində şirkət özünün Quattro Pro elektron cədvəli və 1993-cü ildə aldığı WordPerfect mətn prosessoru ilə ofis paketləri bazarına çıxmağa cəhd edib, fəqət bu proqramlar 1994-cü ildə Novell şirkətinə satılıb, o isə öz növbəsində həmin proqramları iki il sonra Corel şirkətinə satıb.

1994-cü ildə buraxdığı Delphi proqramlaşdırma mühitinin ilk versiyası çox uğurlu alındı. Borland verilənlər bazalarının idarəolunması sistemləri bazarında da özünü sınayıb: Paradox, dBase və InterBase.

1998-ci ildə şirkət Inprise (Integration the Enterprise) adını götürsə də, 2000-ci ildə yenidən Borland Software adına qayıtmışdır.

İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.