Boru rafı

Boru rəfi (ing. Pipe rack) — tikintidə müxtəlif boruların, elektrik və cihaz kabellərinin yollarının saxlanılması və dəstəklənməsi üçün istifadə olunan bir qurğudur. Bu cür qurğular, əsasən, neft-kimya zavodlarında və elektrik stansiyalarında geniş istifadə edilir. Bəzi hallarda boru rəfləri mexaniki avadanlıqları, təzyiq çənlərinə (sistern) və ya klapan (valf) platformalarına girişləri də dəstəkləyə bilər. Əsas boru rəfləri, adətən, avadanlıqları saxlama və proses zonalarında və ya köməkçi sahələr arasında materialların ötürülməsini təmin edir. Anbarlarda olan saxlama rəfları, hətta orada borular saxlanılsa belə, boru rəfləri sayılmır.[1]

Boru rəfi proses vahidinin əsas arteriyasıdır. Boru rəfləri əsas və köməkçi boruları daşıyır və həmçinin cihaz və kabel yolları ilə birlikdə bu boruların üzərində quraşdırılmış avadanlıqları da əhatə edə bilər.

Boru rəfləri adətən boru sisteminin uzunluğunda yerləşdirilmiş eninə dəstəkləyici strukturlardan ibarətdir.

Boru rəfində müxtəlif növlər mövcuddur. İstismar boruları bunlara aiddir:

  • Buxar
  • Soyutma suyu
  • Yanğınsöndürmə suyu
  • Yanacaq yağı və s.

Bu borular, əsasən, bir səviyyəli boru rəflərinin ortasında və ya iki səviyyəli boru rəflərinin üst səviyyəsində yerləşdirilir. Bundan başqa proses boruları var. Bu borular kimyəvi reaksiya ilə əlaqəli məhsulu daşıyır. Onlar, adətən, istismar borularının xaricində (xüsusilə ağır olduqda) və ya bir neçə səviyyəli rəflərin alt səviyyəsində yerləşdirilir. Bundan əlavə, təhlükəsizlik məqsədini yerinə yetirən boşalma və məşəl boruları mövcuddur. Bu borular quraşdırmanı həddindən artıq təzyiqdən mühafizə edir və həmişə rəfin kənarında yerləşdirilir.[2]

Struktur polad boru rəfləri adətən neft-kimya, kimya və enerji zavodlarında boruları, enerji kabellərini və cihaz kabel yollarını dəstəkləyir. Bəzən boru rəfləri mexaniki avadanlıqları, qabları və klapan giriş platformalarını da dəstəkləyə bilər. Əsas boru rəfləri ümumiyyətlə avadanlıqlar və saxlama və ya köməkçi sahələr arasında materialların ötürülməsini təmin edir.[3]

  1. "pipe rack in the Oil and Gas Industry". collinsdictionary.
  2. "What is a Pipe Rack?". hardhatengineer. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9-09-2024.
  3. "Pipe Racks". sciencedirect. 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9-09-2024.