Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi

Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi (serb-xorv. Антифашистички фронт жена Босне и Херцеговине / Antifašistički front žena Bosne i Hercegovine) — Bosniya və Herseqovina Sosialist Respublikasında mövcud olmuş qadın təşkilatı. Bosniya və Herseqovina Kommunist Partiyasının əmrilə qadınların partizan hərəkatında daha fəal iştirakını təmin etmək üçün 1942-ci ilin fevral ayında yaradıldı. Cəbhənin əsasında 1942-ci ilin dekabr ayında Bosanski Petrovats şəhərində vahid Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi yaradıldı.[1]

İkinci Dünya Müharibəsindən əvvəl Yuqoslaviya əhalisinin əhəmiyyətli hissəsi şəhərlərdə yaşayırdı, lakin qadınların cəmiyyətdəki mövqeyi dəyişmirdi. Xristianlıq ilə İslam arasında faktiki mübarizə mövcud olan Bosniya və Herseqovinada vəziyyət daha da çətin idi. Antropoloq Vera Ştayn Erlixin sözlərinə görə, bir sıra kəndlərdə qız qaçırılması və onlara qarşı təcavüz halları adiləşmişdir, qadınlardan yalnız müəyyən paltarların geyinməsi tələb olunurdu və demək olar ki, dükan və fabriklərdə işləməyə icazə verilmirdi. Çox sayda yerli qadın sakinləri savadsız idilər və müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər.[2][3]

Məşhur xadimləri

[redaktə | mənbəni redaktə et]
  1. Marko Attila Hoare. Bosnian Muslims in the Second World War: A History. Oxford University Press. 2014. 80, 222, 223, 373. ISBN 0199327858.
  2. Danijela Majstorović, Inger Lassen. Living with Patriarchy: Discursive Constructions of Gendered Subjects Across Cultures. John Benjamins Publishing. 2011. 83, 84. ISBN 9027206368.
  3. Robert J. Donia. Sarajevo: A Biography. University of Michigan Press. 2006. 217, 218. ISBN 0197263801.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]