Bosniya və Herseqovinada nəqliyyat özündə avtomobil, hava, dəmir yol və çay nəqliyyatını özündə birləşdirir.
2006-cı il məlumatına görə məlumatlar:
Bosniya və Herseqovinada hər şəhərində avtodaşıma və maşrut xətləri vardır. Şəhərlər arasında ən böyük park Sarayevoda yerləşir. Avtoparın hətta veb-sayta sahibdir[1]. Bosniya və Herseqovinada beynəlxalq sərnişin daşımaları Eurolines[2] şirkəti tərəfindən daşınır. Buradan Xorvatiya, Almaniya, Avstriya, Avstriya, Niderland, Monteneqro, Belçika, Danimarka, İsveçrə və Serbiyaya reyslər təşkil edilir. Yolların keyfiyyətsizliyi səbəbindən yola yalnız bir avtobus buraxılır. Təkcə Serbiya səfər 8 saat çəkir[3].
2006-cı il məlumatına görə ölkədə dəmir yollarının uzunluğu 1032 km təşkil edir. Bunun 792 km elektrikləşfirilmişdir.
Əsas dəmir yolları:
Ölkədə naviqasiyaya yararlı yeganə çay Sava çayıdır. O isə ancaq müəyyən sahələrdə gəmiçiliyə yararlıdır. Ölkədə yerləşən ən iri çay limanları:Qradişka, Brod, Şamas, Brçko və Oraşe. Ölkədə Ticarət gəmiləri yoxdur.
Ölkə ərazisində ümumilikdə 25 hava limanı (2008 il) vardır:
İri hava limanı: Banya-Luka, Mostar, Sarayevo. Üstəlik burada beş helikopter eniş-uçuş meydançası vardır.
1992-ci il məlimatına görə ölkədə qaz xəttinin uzunluğu 90 km, neft kəmərlərinin uzunluğu isə 174 km təşkil edir.