Boston marafonu terror hücumu

Boston marafonu terror hücumu (ing. Boston Marathon bombings) — Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan Boston marafonuna 2013-cü ilin 15 aprel tarixində yerli vaxtla saat 14:49 da təşkil edilmiş bombalı terror hücumu. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən üç gün sonra terror hücumunu törətməkdə şübhəli bilinən iki şəxsin şəkilləri əraziyə yaxın olan müşahidə kameralı vasitəsi ilə təyin edilərək Federal Təhqiqat Bürosu tərəfindən mətbuatda paylaşılmışdır.

Boston marafonu terror hücumu
İlk partlayışdan sonra
İlk partlayışdan sonra
Hücum yeri Boylston küçəsi, Copley Meydanının qərbi, Boston, Massaçusets[1]
Vaxt (14:49) - 15 aprel 2013
Bombalı hücum: 671–673 və 755 Boylston küçəsi, Boston, Massaçusets
Silahlı atışma: Vassar küçəsinin tini və Kembric şəhərinin mərkəzi, Massaçusets[1]
Şübhəli şəxslərin saxlanılması üçün əməliyyat: Votertaun, Massaçusets
Silah bombalı hücum
Həlak olanlar 5
Yaralılar 200
Terrorçu sayı 2
Terrorçular Tamerlan Tsarnayev (ölü)
Cövhər Tsarnayev (saxlanıldı)

Hadisəni törətdikdən sonra qaçmağa çalışan şübhəlilər 18 aprel tarixində Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşını öldürmüşdür. Şübhəlilərin hərəkət dairəsini daraldan federal polis sübh vaxtına qədər davam edən xüsusi əməliyyat nəticəsində Boston marafonu terror hücumunu törətməkdə şübhəli bilinən şəxslərdən birini atışma əsnasında ağır yaralamışdır. Ağır yaralanan Tamerlan Tsarnayev adlı çeçen əsilli şəxs xəstəxanaya aparılarkən ölmüşdür. Hadisənin bir digər şübhəlisi öldürülən Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhər Tsarnayev bir müddət gizlənməyi bacarmış, ancaq Massaçusets ştatının Votertaun şəhərinin ətrafında federal polis tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində yaralı olaraq ələ keçirilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "He loved us, and we loved him". MIT. February 23, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2015.
  2. "Dzhokhar Tsarnaev: Boston Marathon bomber found guilty". BBC News. April 8, 2015. April 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2015.