Botevqrad Saat Qülləsi

Botevqrad Saat Qülləsi (bolq. Часовниковата кула в Ботевград) — Bolqarıstanın Botevqrad şəhərində yer alan bir saat qülləsidir. 1866-cı ildə inşa edilmişdir. Botevqrad şəhərinin simvollarından biridir və Bolqarıstanın ən məşhur 100 turistik məkanlarından biridir. Bu qüllədə hər saatbaşı qısa musiqi çalınır.[1]

Botevqrad Saat Qülləsi
Часовникова кула в Ботевград
Xəritə
42°54′25″ şm. e. 23°47′31″ ş. u.
Ölkə
Yerləşir Botevqrad
Tikilmə tarixi 1866
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 30 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saat qülləsi, Mithat Paşanın təklifi ilə Samundyievo kəndinin qəsəbə və rayon mərkəzi olacağının açıqlanması ilə başlayan inşaat işləri çərçivəsində 1866-cı ildə Vuno Markov tərəfindən inşa edilib. Qüllənin saat mexanizmi yerli xırdavatçı olan Genço Nakov tərəfindən, zəngi isə Banskolu Lazar Dimitrov tərəfindən hazırlanıb.

Başlanğıcda qüllənin üzərində taxtadan kiçik bir ev vardı və içindən hər zəng çalanda başında fəs olan bir Türk heykəlciyi çıxırdı və əyilirdi. Bolqarıstanın dövlət müstəqilliyini əldə edəndən sonra yerli xalq, Türk rəmzini yerə salaraq yandırdı.[2]

1924-cü ildə qüllənin yanına bir xalq mərkəzi tikildi. Əlli il sonra, bu mərkəz ləğv edildi və yerinə bir şam ağacı əkilib. Zaman içində boyu qüllənin boyuna çatan ağac, xalq tərəfindən Milad ağacı olaraq bəzənməyə başladı. Amma qülləyə çox yaxın olan ağacın köklərinin qülləyə zərər verdiyi fikri Yordan Kyurpanov tərəfindən ortaya atıldı.

Qüllə, bir neçə dəfə təmir və bərpaya məruz qaldı. Bu məkan Bolqarıstanda ən çox ziyarət edilən 100 məkan siyahısında yer alır. Qüllənin orijinal saat mexanizmi Botevqrad Tarix Muzeyində nümayiş etdirilir. Qüllədə hələ də sonradan əlavə olunan bir saat mexanizmi işlək vəziyyətdədir.

Qüllənin hündürlüyü 30 metrdir. Bu yüksəkliyi ilə qüllə, Bolqarıstanın ən yüksək saat qülləsidir. Qüllənin səciyyəvi xüsusiyyətləri arasında barokko subyektləri və qıvrım pərvazları bəzəyən freska yer alır. Qüllə, Plovdiv və Koprivshtitsa evlərinə bənzər memarlığa və İslam memarlığını xatırladan iti bir kuba malikdir. Mavi freskalarla bəzədilmişdir. Qüllənin alt hissəsi daşdan tikilib və bu hissədə saat mexanizminin olduğu yerə açılan bir qapı vardır. Üstündə dalğalı və ən yuxarıda altıbucaqlı şəkillər var.

Qüllənin girişindən saat mexanizminə qədər spiral şəklində taxta pilləkənlər vardır. Məlahətli zəngin səsi 3 km uzaqdan eşidilir.

  1. Vlaykova, Simeonka (2000). Ботевград през годините, Hissə 1. Botevqrad. səh. 67.
  2. Vlaykova, Simeonka (2003). Ботевград през годините, Hissə 2. Botevqrad. səh. 89–93.