Botlix (avar. Болъихъ) — Dağıstan Respublikasının cənub-şərqində yerləşən kənd. Botlix rayonunun inzibati mərkəzi və ən iri yaşayış məntəqəsi.
Botlix | |
---|---|
Болъихъ | |
42°39′54″ şm. e. 46°13′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 955 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368970–368971 |
Digər | |
botlih.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Botlix kənd sovetliyinin inzibati mərkəzidir.
Kənd Botlix rayonun cənub hissəsində, Ansalta və Qadaro çayları arasında, Mahaçqaladan 160 km cənub-qərbdə, Andi Koysu dərəsində yerləşir. Xarami aşırımından keçən yol (2177 m) Çeçenistana (Vedeno) aparır.
Ən yaxın yaşayış məntəqələri: Aşino, Raxata və Tando cənub-qərbdə, Tasuta şimal-şərqdə, Muni şərqdə, Kvanxidatli və Aşağı İnxelo cənub-şərqdə, Alak cənubda və Miarso cənub-qərbdə.
Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur.
Onlardan ən çox yayılana görə Botlix toponimi avarlara aiddir (avar. Бо Лъалхъ), bo — «qoşun» və лъалхъ — «durmaq» sözlərinin birləşməsindən meydana gəlmişdir. Tərcümədə «qoşunun durduğu yer» mənasını verir. Bu ad əvvələr Şərqi Gürcüstana basqın edən qoşunların durduğu yer olması ilə izah edilir.
Başqa bir versiyaya görə kəndin adı «байлъи» sözündən əmələ gəlmiş, «kənarında» mənasını verir. Bəlkə də bu ad əvvəlcə kəndin yarğan kənarında, istehkam üçün ən uyğun yerdə olması ilə əlaqədardır. Şaqun dağının qarşı tərəfində, Qadaro çayının sahilində yaşayış üçün hasar rolunu oynayan müdafiə divarları hələ də qorunub saxlanılmışdır. Cənubdan və şərqdən kəndin təhlükəsizliyini təhdid edənlər üçün bu istehkamlar çətin bir maneə rolu oynayırdı.
1859-u ildə general-fredmarşal Aleksandr Baryatinski bu ərazidə sahil qalasını inşa edir. Bu qala Andi Koysu çayının vadisi boyunca gedən yeganə yolu nəzarətə götürməyə imkan verir. Daha sonra ağır iqlim şəraiti və malyariya epidemiyasının başlaması səbəbindən qala vadinin aşağısına, yeni tikilmiş dəmir körpüsü yaxınlığına köçürülür. Hal hazırda bu qalanın yalnız üç qülləsindən ikisi mövcudluğunu qoruyur.
1999-cu ildə silahlıların Botlix rayonuna bu istiqamətdən hücumu ilə İkinci çeçen müharibəsi başlayır.
12 sentyabr 2019-cu ildə Rusiya Prezidenti Vladimir Putin də açıldığı Botlix kəndinə gələrək burada[2][3], İkinci Dünya müharibəsi, Əfqanıstanda müharibəsi və 1999-cu ildə Rusiya ordusu ilə birlikdə Dağıstan əməliyyatında döyüşən və həlak olanların şərəfinə abidənin açılışında iştirak edir[4].
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə şəhərin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Millət | Say, nəf. |
Ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
avarlar | 10 904 | 89,7 % |
ruslar | 570 | 4,7 % |
digərləri | 4685 | 5,6 % |