Bu məqalə Qafqazdilli avarlar haqqındadır. Digər mənalar üçün Avarlar (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən Qax Şəki və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır.
Canavar və Standartın — bu avar xanları rəmzi. | ||||||||||||
Ümumi sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2 000 000 | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır. Ən çox yayılmış ləhcə elə Avar ləhcəsidir. Millətin adı da məhz bu ləhcədən götürülmüşdür.
Çox zaman Qafqaz avar xalqıni qədim türk soylu avarlarla səhv salırlar, Qədim, yəni türk kimi qəbul olunan avarlardır. Onlara bəzi ədəbiyyatlarda əsl avarlar da deyirlər. 555-ci ildə Göytürklər tərəfindən qərbə sürgün olunmuşlar. Sürgün zamanı isə onlara bir çox millətdən insanlar qoşulmuşdur. Avarlar Avropaya çatan zaman artıq avar xalq anlamını itirmişdir. Avar ordusunda olan hər bir hun, xəzər, monqol hamısı avar adlandırılmışdır. Bu xalqların böyük qismi qıyıqgözlü idi. Tarixçi Walter Pohl avarları uzun müddət araşdırdıqdan sonra bu fikrə gəlmişdir: Avarlar çox böyük tarixə məxsusdurlar və Göytürk tabeliyində yaşamaq istəməyən xalqların qarışmasından yaranmışlar.
XII əsrin əvvəllərində xristian Sərir krallığının süqutundan sonra Avarlar müsəlmanlaşmağa başladı. Bölgə Sabutay Bahadurun başçılığı ilə monqollar tərəfindən işğal edildikdən sonra, 1222-ci ildə bölgədə hərbi münaqişələr artdı. Ardından avarlar, Xarəzmşahlar hökmdarı II Məhəmmədə monqollara qarşı aparılacaq savaşda onlara dəstək olacaqlarını söz vermişdi, lakin avarların monqollarla müharibəsi haqqında heç bir bir məlumat, heç bir sənəd yoxdur.
Qızıl Ordanın süqutunun ardından Qazi-Kumuxda şamxallığın yüksəlişi, Avar xanının gücünün XV və XVI əsrlərdə azalacağına bir nişanə idi. Bu illərdə xanlıq quruluş baxımından iradəsiz bir dövlət halına gəldi. Xanlıqdakı əhalinin bir çoxu xandan olduqca böyük muxtariyyət əldə etməsi səbəbindən bəzən o, güclü düşmənlərə qarşı Çarın himayəsini istəmək məcburiyyətində qaldı.
1740-cı ilin yayında Avşarlar sülaləsi hökmdarı Nadir şah, Qazi-Kumuxa gəldi. Kumık şamaxalı Xaspulat xan, Qaytak usmisi Əhməd xan və Akuşa qazisi sədaqətlərini subut etmək üçün müxtəlif hədiyyələr təqdim etdilər. Avqust 1740-cı ildə də Avar torpaqlarına girmiş, 80 min nəfərlik ordusu Andidə Avarlar və Dağıstanlı müttəffiqlər tərəfindən məğlubiyyətə uğradılmışdı.
Ənvər Çingizoğlu yazır: "Avarıstan Dağıstanın bir bölgəsidir. Bu diyarda Məhəmməd Nutsal xan hökmranlıq edirdi. 1774-cü ildə onun ölümündən sonra oğlu Ümmə xan (Ömər xan) başçı oldu. Ümmə xan bacısı Bikə ağanı İbrahimxəlil xana verib, qohumlaşdı. İbrahimxəlil xan bu qohumluqdan dəfələrlə istifadə etmişdi. Tarixçi Rzaqulu bəy Vəzirov yazır: «Lazım olan zaman Dağıstan və ləzgi vilayətlərindən qoşun istəyirdi. İbrahim xan Ümmə xanın və başqa sərkərdələrin başçılığı ilə Qarabağa gələn qoşunu öz övladları və Qarabağ qoşunu ilə birlikdə lazım olan yerlərə göndərir, istədiyi adamı tənbeh edir və öz itaəti altına çəkirdi».
Tarixçi Mirzə Yusif Qarabaği yazır: «Eyni zamanda qohumluq münasibətinə görə avar hakimi Ümmə xan və Dağıstan əmirləri də İbrahim xana sadiq və dost idilər, əgər aralarında bir narazılıq üz versəydi, dərhal İbrahim xanın işarəsi ilə Dağıstan əmirləri bütün qoşunlarıyla Gürcüstan üzərinə hücum edərək oranı çapıb dağıdırdılar, necə ki, 1205-ci (1790) ildə Gürcüstan valisi ilə İbrahim xanın arasında olan narazılıq üz vermişdi.
Bu səbəbdən Ümmə xan çoxlu qoşunla Gürcüstan tərəfinə gedib bacardığı qədər Gürcüstan torpağını qarət edərək Sığnaq və Gümüşxananı zəbt etdi, camaatın çoxunu öldürdü. Bir qədərini əsir və digərlərini dustaq edib, təcili surətdə Axalsixə, Süleyman paşanın yanına getdi. Qışı orada keçirib, bahar fəslində geri qayıdaraq, yenə də Gürcüstan torpağına daxil oldu. Ümmə xan yolun üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm qalanı mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirdərək, bəzilərini də əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı İbrahim xan üçün göndərdi, bir qızına da Ümmə xan özü evləndi».
1801-ci il tarixində Ümmə xanın ölümündən sonra Avar xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu . Avar xanlığı dağılmasına baxmayaraq 1828-ci ilə Qafqaz imamlığının himayəsini daxil oldu. 1859-cu ildə Rusların zəbtilə Avar xanlığının varlığı sona çatmış oldu.
Azərbaycanda Avarlar əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində[4], Mahamalar[4], Mazımqara[4], Qaysa, Beçeqarbinə, Beretbinə, Cederovtala, Çorçorbinə, Hetovlar, Xalatala, İsaxlıgirmə, Katex, Kilsəbuqov, Kortala, Qasbinə(Qarsibinə), Mazımçay, Meşəşambul, Mollaçıbinə, Poçtbinə, Püştətala, Roçəhməd, Solban(Zalban), Şambul, Şambulbinə, Şərif, Yeni Şərif və s. kəndlərində, Zaqatala rayonunun Danaçı(Dinçi), Uzuntala, Ziliban[5], Mazıx[5], Car[5], Axaxdərə, Abaəli, Aşağı Çardaxlar,Yuxarı Çardaxlar, Beretbinə (Zaqatala), Çökəkoba, Dardoqqaz, Göyəm, Höytala, Kebeloba, Maqov, Paşan, Fındıqlı, Vöhtala, Yolayrıc(Nuxbik) və s. kəndlərində, həmçinin Zaqatala, Balakən və Bakı şəhərlərində yaşayırlar.
Bu rayonlar ərazisində avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır.2009-cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 49,8 min nəfər avar yaşayır, lakin bu rəsmi rəqəmlər deyil, mənbələr əsas verir ki, əslində avarların sayı Azərbaycanda bir neçə dəfə çox ola bilər.
Azərbaycanlılarla sıx qaynayıb-qarışmışlar. İslam dininə etiqad edirlər.
Avarların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Ərazi inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Əsas yol Yevlax-Balakən şose və dəmir yoludur. 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmiryolu bu iqtisadi rayonla digər rayonlar arasında nəqliyyat-iqtisadi əlaqələrin genişlənməsinə səbəb olmuşdur. Bakı-Zaqatala hava xətti fəaliyyət göstərir.
Yaşayış məntəqəsi | 1999[6] | 2009[7] |
---|---|---|
Bakı | y. | 296 |
Sumqayıt | y. | 27 |
Mingəçevir | y. | 6 |
Abşeron rayonu | 7 | 5 |
Balakən rayonu | 24,415 | 23,874 |
Goranboy rayonu | 1 | y. |
Göyçay rayonu | 2 | y. |
Kürdəmir rayonu | 1 | y. |
Lənkəran rayonu | 5 | y. |
Oğuz rayonu | 3 | y. |
Qax rayonu | 11 | 9 |
Salyan rayonu | 1 | y. |
Samux rayonu | 3 | y. |
Şəki rayonu | 15 | 14 |
Zaqatala rayonu | 25,835 | 25,578 |
Zərdab rayonu | 1 | y. |
Füzuli rayonu | 2 | y. |
Laçın rayonu | 1 | y. |
Bütün ölkə üzrə | 50,871[8] | 49,800 |
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |