Boxinsko gölü (sloven. Bohinjsko jezero, alm. Wocheiner See) — Sloveniya ərazisində yerləşən sahəsinə görə ən böyük göl. Gölün sahəsi 3,18 km²-dir[2]. Əslində Şerknisa gölü 30 km² əraziyə malik olsa da quraq mövsümdə ərazisi tamamən quruyur. Göl 525 m dəniz səviyyəsindən yuxarıda, Boxin icması ərazisində yerləşir. Triqlav Milli Parının ərazisinə də daxildir.
Boxinsko gölü | |
---|---|
sloven. Bohinjsko jezero | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 525 m |
Eni | 1 km |
Uzunluğu | 4,35 km |
Sahəsi | 3,18 km² |
Həcmi | 0,1 km³ |
Dərin yeri | 44,6 m |
Orta dərinliyi | 29,5[1] |
Yerləşməsi | |
46°17′01″ şm. e. 13°51′35″ ş. u. | |
Ölkə | Sloveniya |
Yerləşməsi | Sloveniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl 4,2 km məsafədə uzanır. Maksimal eni isə 1 kilometrə yaxındır[3]. Buzlaq mənşəlli göldür. Buzların ekzarasiya fəaliyyəti nəticəsində meydana gəlmişdir.
Gölə tökülən ən böyük axar Savina çayıdır («Kiçik Sava»)[4]. Savina çayı , Qara göldən qidalanır (sloven. Črno jezero). Qara gölün özüdə Triqlava göllər vadisində ən iri göldür. Boxinsko gölünün şərq hissəsindən Ozernisa çayı başlayır (sloven. Jezernica). Bu çayda Mostniseylə birləşdikdən sonra Sava Bohinkanı meydana gətirir. Bu çayın özüdə Sava-Dolinka ilə birləşərək Sava çayını əmələ gətirir. Təbiətşünas alim Baltazar Ake hələ XVIII əsrdə müəyyən edir ki, Boxinsko gölünə tökülən suyun miqdarından daha çox göldən su axır. Bu da olunla izah edilir ki, göl əlavə yeraltı enerji mənbələrlə qidalanır.
Gölün təmiz sularında Alabalıq, Nalim, Qafqaz enlibaşı, Adi enlibaş, Salvelinus alpinus, səkkiz növ molyusk, həmcinin çoxlu sayda yosun növü yayılmışdır. Göl məşhur turizm ərazisi sayılır. Gölə çimmək və digər idman növləri ilə məşqul olmaqdan ötrü gəlirlər. Sahilində şair Rudolf Baumbax tərəfindən tarixini ölümsüzləşdirən əfsanəvi Zlatoroq qarapaçasının heykəli vardır.
Boxinsko gölünün yerləşdiyi bölgədə çoxlu sayda dağ-xizək mərkəzləri vardır. Onlar arasında ən iriləri – Sorişka Platina, Voqel, Kolba[5].