Boyaq bitkilər

Boyaq bitkilər - kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər.

M.Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in təşkil edir. Boyaçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]