Boz albalı

Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Boz albalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir. Meyvələri tüklüdür, çəyirdəyi yumurtavari kürəvidir, uzunluğu 6 mm-ə yaxındır, rəngi tünd qırmızıdır, yetişəndə çılpaqlaşır. Çoxaldılma yazda stratifikasiya olunmuş toxumlarla və ya payızda təzə yığılmış toxumlarla aparılır. Qələmlər 20% kök atır.

Quraqlığa, qışa davamlıdır. İşıqsevən-kserofit, mezotrof bitkidir. Daşlı, qayalı quru yamaclarda bitir, zoğları qışa qədər tamamilə oduncaqlaşır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Qobustanda, Naxçıvanın dağlıq hissəsində, Samur-Dəvəçi və Kür-Araz düzənliyində, aşağı və orta dağ qurşaqlarında bitir.

Quraq rayonların yaşıllaşdırılması, quru yamaclarda meşə salmaq üçün istifadə oluna bilər. Mədəni şaraitdə 1802- ci ildən becərilir.

  1. The Plant List (ing.). 2010.