Boz kəklik

Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü.

Boz kəklik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Boz kəklik
Beynəlxalq elmi adı

Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl.

Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb. Talış sıra dağlarında yalnız Zuvandda rast gəlinir

Hündür sıx otlar və kollar arasında yaşamağa üstünlük verir. Oturaq quş olmasına baxmayaraq, fəsillər üzrə yerini dəyişir. Qarın əridiyi aylarda 2500 metr yüksəkliyə qədər qalxır, qış aylarında qarın yağması ilə əlaqədar olaraq dağətəyi ərazilərə enir. Dənli bitkilər əkilən sahələrdə, bozqırla növbələşən ərazilərdə yaşamağa üstünlük verir. Kiçik sürülər (5-20) əmələ gətirir. Çoxalma dövründə cüt-cüt yerləşir. Monoqamdır. Reproduksiya dövründə yuva ərazisini qoruyur. Erkək fərdlər cücələrin gəzdirilməsi və yemləndirilməsində iştirak edir. Dişi fərd yuvasını torpaq üzərində, sıx otlar arasında qurur, yuvanın dibini quru ot və yarpaqlarla örtür. Yumurtalar qonur-qum rəngdə olur. Yuvada yumurtaların sayı 4-28 arasında dəyişir. Adətən hər yuvada 12-18 yumurta olur. Kürt yatması 21-26 gün davam edir. Bir sutka ərzində cücələr sinxron çıxırlar. Onlar quruyan kimi yuva ərazisini tərk edirlər. 12-14 sutkalıq cücələr 25-30 metr məsafəyə uça bilir. Bir yaşında cinsiyyət yetişkənliyə çatır.

Optimal şəraitdə 100 hektar sahədə 4-5 fərddən çox olmur. Azərbaycan Respublikası ərazisində ümumi sayı 2000-5000 arasında dəyişir

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Yay mövsümündə uzunmüddətli quraqlıq günlər bu quşları tələf edir. Qarlı-şaxtalı günlərdə zəifləmiş quşlar kütləvi məhv olur. Xırdabuynuzlu heyvanların böyük sürüləri boz kəkliyin əsas yemini təşkil edən acı yoncanı yeyib qutarır. Qoyun sürülərini müşayiət edən itlər quşları daimi yerlərindən uzaqlaşdırır. Ornitofaq quşların, tülkü, it və pişiklərin hücumlarına məruz qalır. Avropada təhlükəyə həssas növ kimi (VU) qorunur. Bern konvensiyasına daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Qar örtüyü davamsız və az olan ərazilərə reintroduksiyası məsləhətdir. Reproduksiya dövründə sıx otluq ərazilərdə yanğının qarşısını almaq məqsədilə torpaq 2-5 metr enində şumlanmalıdır.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Bu növün 8 yarımnövü var:

  • Perdix perdix armoricana Hartert, 1917
  • Perdix perdix canescens Buturlin, 1906
  • Perdix perdix hispaniensis Reichenow, 1892
  • Perdix perdix italica Hartert, 1917
  • Perdix perdix lucida (Altum, 1894)
  • Perdix perdix perdix (Linnaeus, 1758)
  • Perdix perdix robusta Homeyer et Tancré, 1883
  • Perdix perdix sphagnetorum (Altum, 1894)