Boz qarğa

Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.

Boz qarğa
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Boz qarğa
Beynəlxalq elmi adı

Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460–735 q, qanadları arasında məsafə 1 metrdir.

Boz qarğanın baş nahiyəsi (iri planda)

Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.

Qarğa qarıltısı

Səsləri qarıltının müxtəlif müxtəlif formalarında özünü təzahür edir. Torpaqda iri addımlarla hərəkət edir, təhlükə anında isə sanki "çapır". Onlar Mərkəzi, ŞimaliŞərqi Avropa, Qərbi Sibir, Ön Asiya yayılmışdır. Üstəlik Nil deltası ərazisində də müşahidə edilirlər

Qarğalar hər şey yemələri ilə seçilirlər. Qida rasionuna, cücülər, cücə və yumurtalar, qurbağalar, balıq, müxtəlif növ bitkilər və onların toxumları, həmçinin qida artıqları və leşlər daxildir. Leç və qida artıqları yeməsi baxımından təbiətdə böyük sanitar əhəmiyyəti vardır.

Olduqca ağıllı canlılar olması ilə seçilirlər. Belə ki ətraf mühitin obyektlərindən istifadə etmək bacarıqları vardır. Misal üçün şəhər qarğası bir qoz taparsa onu yola ataraq avtomobilin əzməsini gözləyir və sonra sakitcə yeyir. Qarğalar 1970–1980-ci illərdə mağazalarda sayılan piramida-tetraedr formalı kardon qutularda satılan südləri oğurlayaraq, sakit bir yerə gəlir və dimdikləri ilə bu qutuda dəlik açaraq burada oila südləri içirdilər.

Qarğa yumurtaları
Yuvada qırt yatan qarğa
Ongünlük qarğa
Yetkin qarğa balasını yedizdirərkən

Çoxalma mövsümü partnyorlar arasında hava oyunları müşahidə edilir. Hər mövsüm yeni yuva qurulur. Yumurtaların sayı, rəngi, inkubasiya dövrü, balaların bəslənməsi, partnyorlar arasında məsuliyyətin bölünməsi zağcalarda olduğu kimidir. Boz qarğalar iqlimdən asılı olaraq mart-aprel aylarında yumurta qoyurlar. Yuvalarını parklarda, six bitki örtüyün daxilində, ağırlıq qaldırıcılarında, yağış axıdan borularda qururlar. yuvalarını, quru budaqlarda, otlardan, lələk, pambıq, yun, çadır, sintetik vastələrdən istifadə etməklə qururlar. Yuxunun yaxınlığında ehmalca və diqqəti cəlb etmədən hərəkət etmələri ilə seçilirlər. Dişi 4–6 arası göyümtül-yaşıl rəngli yumurta qoyurlar. Dişi 18–19 gün ərzində qırt yatır. Yumurtaların ölçüləri: (38–42) × (28–32) mm. Balalar yumurtadan iyunun ortaları çıxır. Balalar bir müddət bir yerdə yaşamalı olurlar. Artıq iyulda balar ailədən ayrılır.

Payızda onları zibilliklərimn kənarlarında və ya digər yem bazası olan yerlərdə görmək mümkündür. Yetkinliyə 2–5 illərində çatırlar. Maksimal dəqiq məlum olan yaşı 20 ildir.

Qarğa adi adamın gəzinti ilə əlində silah olan ovçunu fərqləndirə bilirlər[3]. Adətən qarğalar insandan qaçır, ancaq onları yedirənlərin üzlərini yadında saxlayır. Müddət keçdikdə onu yedizdirən insanlara yaxınlaşa və onların arxasınca düşə bilir. Ağıllı canlılardır. Gizlətdikləri qozların yerini yadında saxlaya və ehtiyac duyduqda qidanın arxasınca gəlirlər.

Elədə böyük olmayan ölçülərinə baxmayaraq balalarını amansızcasına qoruya bilirlər. Əgər bala yuvadan düşərsə onun götürmək böyük təhlükə törədə bilər. Beləki, qarğa çığıraraq digərlərinidə hadisə yerinə cəlb edir və digərləri ilə birlikdə çağrılmayan qonağın üzərinə şığıyırlar. Şığıyarkən əsasən arxadan gələrək baş və göz nəhiyəsinə zərbələr endirməyə çalışırlar. Yaxşı yaddaşları olduğundan onlara zərər vuranları yadında saxlayır və onu gördükdə səs-küy qoparırlar.

Şərqi Avropa, Kiçik Asiya, Yenisey çayının qərb sahillərinə kimi ərazilərdə uyayılmışlar. Yarımköçəri həyat tərzi keçirirlər. Arealının şimalında yayılan populyasiya köçəri həyat sürür. Sianantrop canlılardır. Şəhərlərin tipik sakinləridir. Bütünlükə şəhər həyatı keçirən populyasiyalarla yanaşı, təbii lanşaftlarda yuvalayan populyasiyalar da vardır. Meşə və kəndlərdə yayılmış populyasiyalar, qışı şəhər və şəhər ətraflarında keçirirlər.

Yayıldığı arealda çoxsaylı olmaları ilə seçilirlər. Son on illiklərdə ərzində, bir sıra böyük şəhərlərdə sayı azalıb, lakin bu fenomenin səbəblərinin birmənalı təfsiri yoxdur. Bəlkə də bu, həddindən artıq əhali sayının daxili tənzimləmə mexanizmlərinin təsiridir. Mümkün səbəblərdən üç versiya mövcuddur: ovçular tərəfindən məhv edilmə, plastik torbalara görə şəhərdə yemlərin azaldlması (açılması daha çətin olmasından), həmçinin digər heyvan növləri ilə rəqabət.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Bəzən Qara qarğanıda bu növə aid edirlər:

  • Corvus corone cornix Adi boz qarğa
  • Corvus corone sharpii Şərqi boz qarğa
  • Corvus corone corone Adi qara qarğa
  • Corvus corone orientalis Şərqi qara qarğa
  • Corvus cornix cappella Mesopotamiya və Cənubi İraq ərazisində yayılmışdır.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Морозов В. П. Занимательная биоакустика. Изд. 2-е, доп., перераб. — М.: Знание, 1987. — 208 с. + 32 с. вкл. — С. 20–26