Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir.
Bozaşı | |
---|---|
Ümumi məlumatlar | |
Ən yüksək nöqtəsi | 61 m |
Yerləşməsi | |
44°50′00″ şm. e. 52°24′00″ ş. u.HGYO | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Qazaxıstan |
|
Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.