Bozbığlı uzunbığ (lat. Acanthocinus aedilis L.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid olan növ.
Bozbığlı uzunbığ | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Bozbığlı uzunbığ |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bədənin uzunluğu 12–20 mm. Erkəklərin bığcıqlarının uzunluğu bədənindən 3-5 dəfə uzundur, ölçülərinə görə dişilərdən kiçik olurlar, amma onların bığcıqları dişilərin bığcıqlarından çox uzun olur. Bozumtul-qəhvəyi rəngdə olurlar. Üzərində 4 xarakterik narıncı ləkə var.
Abşeronda sürfələri əsasən şam və sidr ağacında inkişaf edir. İnkişaf mərhələsi 1-2 il çəkir. Yaşlı fərdlər mart ayından sentyabr ayına qədər rast gəlinir. Şam ağacına daha çox üstünlük verirlər, bəzən də digər iynəyarpaq və enliyarpaq ağaclarda məskunlaşırlar. Uçuş may ayının II ongünlüyündən avqust ayının axırına qədər davam edir. Kütləvi uçuş isə iyun ayının I yarısında qeydə alınıb. Sürfələr 35 mm uzunluğa çatanadək qabıq üzərində inkişaf edirlər. Onlara bütün yay müddətində rast gəlinir. İyul ayının II ongünlüyündə puplaşırlar və həmin ayın axırı puplardan böcəklər çıxır. Böcəklərin puplardan kütləvi çıxışı avqust ayının I-II ongünlüyündə baş verir. Avqust ayının II yarısında qoyulmuş yumurtalardan çıxan sürfələr qışlayırlar və inkişaflarını o biri ilin iyun ayında bitirirlər.
Avropa, Rusiya, Qafqaz, Qazaxıstan, Çin, Azərbaycan. Azərbaycanda Abşeronda yayılmışdır.