Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Bozqır qartalı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bozqır qartalı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır.
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Yarımsəhra sahələri xoşlayır. Azərbaycanda müvəqqəti olduğu üçün həyat tərzi diqqəti cəlb etməyib.
XX əsrə qədər adi saylı, 1990-cı illərə qədər azaldılıb, nadir olub, 2000—2001-ci illərdə 6 quş qeyd edilib, indi isə nəslinin kəsilmə təhlükəsi var, son 10 ildə 1 dəfə Salyan ətrafında (oktyabr, 2007-ci ildə) yaralanmış halda əldə edilib (şəxsi həyətdə qəfəsdə saxlanılıb).
Növün kəmiyyət göstəricisinə təsir edən əsas faktorlar Böyük Qafqazdan şimala tərəf yerləşən ərazinin vəziyyətidir. Azərbaycanda bozqır qartalının miqrant populyasiyanın zərərli hesab edilib ovlanması da ona mənfi təsir edib.
Ovlanması qadağandır. Respublikanın və Naxçıvan MR-ın Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.
Xəzər dənizinin qərb sahili boyunca yerləşən düzən sahələrdə miqrant populyasiyasının qorunmasına nəzarətin gücləndirilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, növün əhaliyə tanıdılması.