Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bozqurdların ölümü — Nihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı,[1] Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır.
Bozqurdların ölümü | |
---|---|
Bozkurtların Ölümü | |
| |
Müəllif | Hüseyn Nihal Atsız |
Janr | Roman |
Mövzu | 40 türk hərbçisinin Çinə qarşı üsyanından bəhs edilir. |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | türkcə |
Nəşriyyat | Ötüken nəşriyyat |
Səhifə | 471 |
Sonrakı | Bozqurdlar dirilir |
ISBN | 9789753710541 |
Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır.
Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır.
Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır.
Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə baxmayaraq kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.
Üsyan (Siqanfu basqını) zamanı qaçan Kür Şadın həyat yoldaşı və oğlu irəlidə qurulacaq II Göytürk xaqanlığının əsasını qoyurlar. Kür Şad və 40 əsgəri son nəfəslərinə qədər döyüşürlər və adlarını tarixə yazdırırlar. Əsərin sonunda həmin bu döyüşlərin ruhlarının Tanrı dağına çatmağı və orada digər Türk qəhrəmanları ilə qovuşmaları təsvir edilir.
Ad | Haqqında | İlham qaynağı | Not |
---|---|---|---|
Kür Şad | (Şu Tigin), Çuluq Xaqanınn kiçik oğlu | Aşina Cieşeşuay | |
İşbara Alp
Göytürk yüzbaşısı |
(Tümənbaşı olduğunda adı İşbara xan oluyor) | ||
Bögü Alp | Göytürk yüzbaşısı | ||
Tunqa Tigin | |||
Bağa Tarkan | Polis rəisi | ||
Səncər | Göytürk onbaşısı | ||
Qarabudaq | Edam edilən onbaşı | ||
Üçoğul | Göytürk onbaşısı | ||
Yamtar | Göytürk onbaşısı | ||
Pars | Göytürk onbaşısı | ||
Süləmiş | Göytürk onbaşısı | ||
Arıq Buka | Hücumda vəfat edən onbaşı | ||
Çalık | İşbara Alpın yavəri | ||
Almıla | İşbara Alpın qızı | ||
Kıraç Ata | Məşhur kam (din xadimi) | ||
Yumru | Bögü Alpın yavəri | ||
Qaraqulan | Çin vəliəhdinin türk əsilli yavəri | ||
Şahzadə Yiçenq Xatun | Xatun | Şahzadə Yiçenq (Şərqi Göytürk xaqanlığının xatunu (599–630)) | |
Şen-king | Şahzadə Yiçenqin qardaşı | ||
Van-zin-şan | Şen-king'in yandaşı | ||
Fu-lin | Ötükəndə yaşayan Çinli qadın | ||
Çuluq Xaqan | Göytürk xaqanı | Çula xaqan (Şərqi Göytürk xaqanlığının xaqanı (619–620)) | |
Qara Xaqan | (Bağtur Şad), Gök Türk kağanı | To-pi, İllig Xaqan (Şərqi Göytürk xaqanlığının xaqanı (620–630)) | |
Tüng Yabqu Xaqan | Batı xaqan | Tonq Yabqu xaqan (Qərbi Göytürk xaqanlığının xaqanı (619–628)) | |
Tulu xan | (Yaşar Tigin), Çuluq xaqanının böyük oğlu | Shih-po-pi | |
Urku | Tulu xanın oğlu | Ho-lo-ku | |
Şemin | Çin imperatorunun oğlu | Li Shimin |