Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır.[5] Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur.[6] Özünü Türkçü və Turançı[7] olaraq tanıtmışdır.[8][9]
Nihal Atsız | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kadıköy, İstanbul[1][2][3][4] |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | İçerenköy,İstanbul |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
Uşaqları | Buğra Atsız, Yağmur Atsız |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, publisist, mühazirəçi, siyasətçi, tarixçi |
Əsərlərinin dili | türk dili |
Janrlar | roman, nəsr, poeziya, ədəbi tənqid |
İlk əsəri | Dalkavuklar gecəsi |
Tanınmış əsəri | Bozkurtların ölümü |
Vikianbarda əlaqəli mediafayllar |
Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.[10]
Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir.
Əhməd ağanın III uşağı olan Hüseyn ağa (1832-1894) isə 1850-1852-ci illərdə hərbi donanmada hərbi qulluqçu kimi İstanbula gəlmiş, oxumağı və yazmağı hərbi təhsili zamanı öyrənmiş, hərbi xidmətinin sonunda da, mülki işə həvəs göstərməyərək, Donanma-i Hümayunda qalmış və mexanika kapitanlığında Çarxçi Kolağalığına qədər yüksəlmişdir.
Hüseyn ağanın həyat yoldaşı Əminə Xeyriyyə olmuşdur. İki uşaqları olmuş, adları Nevber xanım və Mehmet Nail bəydir (1877-1944). Mehmet Nail bəy də Osmanlı donanmasına qəbul olmuş və Hərbi Dəniz Qüvvələrindən Dəniz Göyərtə Minbaşısı rütbəsiylə ehtiyata buraxılmışdır.
Mehmet Nail bəyin ilk həyat yoldaşı 1903-cü ildə, hələ kapitan rütbəsində ikən evləndiyi Fatma Zəhra xanımdır (1884-1930). Fatma Zəhra xanım, donanma polkovnik-leytenantı Osman Fevzi ilə Tevfika xanımın qızıdır. Osman Fevzi bəy, Trabzonludur, Trabzonun məşhur Kadıoğulları nəslindəndir.
Mehmet Nail bəy ilk həyat yoldaşından 3 uşağı olmuşdur. 12 yanvar, 1905-ci ildə Hüseyn Nihal Atsız, 1 may 1910-cu ildə Ahmet Nejdet və 1912-ci il dekabrda Fatma Nəzihə dünyaya gəlmişdir. 1930-cu ildə, həyat yoldaşının damar sərtliyi xəstəliyindən vəfat etməsindən sonra Mehmet Nail bəy, 1931-ci ildə yenidən evlənmişdir. İkinci həyat yoldaşından 1932-ci ildə Necla adlı qızı olan Mehmet Nail bəy, ikinci yoldaşı ilə yola gedə bilmədiyindən 2 il sonra boşanmışdır.
Hüseyn Nihal Atsız, 12 yanvar, 1905-ci ildə, İstanbul, Kadıköydə anadan olmuşdur.
İlk təhsilini müxtəlif məktəblərdə, orta təhsilini isə Kadıköy və İstanbul Sultanisində ( İstanbul Liseyi) almışdır. Buranı bitirdikdən sonra Hərbi Tibbiyyə məktəbinə yazılmışdır.
Atsız, Hərbi Tibbiyəyə qəbul olduğu dövrlərdə artıq Türkçü fikirlərlə tanış idi. Ziya Gökalpın cənazə mərasiminin təşkil edildiyi günün gecəsi, Türkçülük fikirlərinə qarşı fikirlər səsləndirən tələbələrlə dava etdiyi və daha sonradan ərəbəsilli leytenant Məsud Sürəyya Əfəndinin ərəb olması səbəbiylə üstün olmasını əsas gətirməsinə cavab olaraq Atsızın ona hərbi salam verməməsinə görə , 4 mart, 1925-ci ildə, III kurs tələbəsiykən Hərbi Tibbiyyədən qovulmuşdur.
Bu hadisədən sonra 3 ay müddətində Kabataş Kişi Liseyində müəllim assistanlığı edən Atsız, daha sonradan Dəniz Yolları idarəsinin Mahmud Şevket Paşa gəmisində katib müavini olaraq işləmiş və bu gəmi ilə İstanbul-Mersin arasında səfərlər təşkil etmişdir.
1926-cı ildə İstanbul Darülfününün Ədəbiyyat Fakültəsinin "Ədəbiyyat" ixtisasına və İstanbul Darülfününün digər hissəsi olan Yüksək Müəllim Məktəbinə daxil olan Atsız, bir həftə sonra hərbi xidmətə çağırılmış, 28 oktyabr 1926-cı ildən, 28 avqust 1927-ci ilə qədər İstanbul, Taşkışlada V Piyada alayında əsgər olaraq hərbi xidmət etmişdir.
Əhməd Naci adlı dostu ilə birlikdə hazırladığı "Anadoluda Türklərə aid yer adları" adlı məqalənin Türkiyyat Məcmuəsinin ikinci cildində nəşr edilməsi ilə müəllimi Mehmed Fuad Köprülünün diqqətini cəlb edən Atsız, 1930-cu ildə Ədirnəli Nəzminin divanı ilə bağlı məzuniyyət müdafiəsini işləmişdir. Həmin ildə də Ədəbiyyat fakültəsindən məzun olmuşdur.
Qrup yoldaşları arasında Tahsin Banquoğlu, Ziya Karamuk, Orxan Şaiq Gökyay, Pertev Naili Boratav, Nihad Sami Banarlı kimi şəxslər omuşdur.
Məzun olduqdan sonra Ədəbiyyat fakültəsi dekanı olan, müəllimi prof. Dr. Mehmed Fuad Köprülü, Maarif Vəkalətində Atsız üçün müraciət edərək, Yüksək Müəllim Məktəbini tələbə kimi bitirdiyi üçün məktəblərdə məcburi işləməli olduğu 8 illik müddətini ləğv etdirmiş və 25 yanvar, 1931-ci ildə, Atsızı özünə asistant olaraq təyin etdirmişdir.
Atsız, 1931-ci ildə İstanbul Universitetinin fəlsəfə fakültəsini bitirən ilk həyat yoldaşı Mehbarə xanımla evlənmiş, amma 1935-ci ildə boşanmışdır.[11]
1931-1932-ci illərdə Atsız Məcmuə adlı məcmuə nəşr etdirmişdir. Mehmed Fuad Köprülü, Zəki Validi Toğan, Əbdülqadir İnan kimi ədəbiyyat və tarix alimlərinin də olduğu bir heyət ilə nəşr işinə başlamış, nəşr etdirdiyi Türkçü və Köyçü jurnalı, dövründə elm, fəlsəfə və mədəniyyət sahəsində çox təsir yaradan Türkçü bir yol açmış, demək olar ki, Cumhuriyyət dövrü Türkçülüyünün öncüsü olmuşdur.
Atsız, özünü tanıtmağa başlayan ilk yazılarını "H.Atsız" imzasıyla, hekayələrini də "Y.D" imzasıyla bu jurnalda yayınlanmışdır. 1932-ci ilin, avqustunda Ankarada toplanan Birinci Türk Tarix Konqresində, prof. Dr. Zəki Validi Toğana Dr. Rəşid Qalibin etdiyi tənqidlərə görə Atsız, içlərində ikinci həyat yoldaşı Bədriyyə Atsız ilə Pertev Naili Boratavın da olduğu 8 dostu ilə Dr. Rəşid Qalibə "Zəki Validinin tələbəsi olmaqla fəxr edirik" yazılmış bir protesto teleqrafı göndərmiş və bu teleqraf səbəbiylə də Rəşid Qalibin diqqətini öz üzərinə çəkmişdir.
19 sentyabr, 1931-ci ildə, Rəşid Qalib, Maarif Vəkili oldu. Qısa müddət sonra da Fuad Köprülünün dekanlıqdan getməsi səbəbiylə, dekanlığa Əli Müzəffər bəy təyin edilmişdir. Rəşid Qalib, Atsız Məcmuənin XVII sayındakı "Darülfünün qara, daha doğru bir deyişlə, üz qızardan siyahısı" adlı məqaləsinə görə Ədəbiyyat fakültəsi dekanına təzyiq göstərərək, 13 mart, 1933-cü ildə Atsızın universitet asistanlığına son verilmişdir. Universitetdən çıxarılmasından bir necə gün sonra Atsız, Ədəbiyyat fakültəsinin dekanını Tokatlayan Otelindəki bir çay məclisində tutaraq, yüzlərlə insanın gözləri qarşısında sillələmişdir.
Universitet asıstanlığından çıxarılan Atsız, Malatya orta məktəbinə Türkcə müəllimi kimi təyin olunmuşdur. Malatyada qısa bir müddət ( 8 aprel, 1933 - 31 avqust, 1933) türkcə müəllimliyi edən Atsız, Ədirnə liseyi ədəbiyyat müəllimliyinə təyin edilmişdir. Burada cəmi 3-4 ay çalışmışdır.
Atsız burada Atsız Məcmuənin davamı kimi Türkçü Orhun jurnalını yayımlamışdır. Orhun jurnalında Türk Tarix Qurumu tərəfindən nəşr olunan və məktəblərdə dərslik kimi öyrədilən 4 cildlik tarix kitablarında olan nöqsanları ağır bir şəkildə tənqid etdiyi üçün, 28 dekabr, 1933-cü ildə nazirlik sərəncamına alınmış və orhun jurnalı IX sayından sonra Nazirlər Kabineti tərəfindən verilən qərarla bağladılmışdır.
9 ay nazirlik sərəncamında qalan Atsız, 9 sentyabr 1934-cü ildə, Kasımpaşadakı Dəniz Hazırlama məktəbinə türkcə müəllimi olaraq təyin olunmuşdur.
Fevral, 1936-cı ildə, ikinci həyat yoldaşı olan Bədriyyə xanım ilə evlənən Atsızın bu evlilikdən 4 noyabr, 1939-cü ildə Yağmur Atsız, 14 avqust 1946-ci ildə isə Buğra Atsız adlı iki oğlu olmuşdur. Atsız, ikinci həyat yoldaşı olan Bədriyyə xanımdan 1975-ci ilin mart ayında ayrılmışdır.
Atsız, sonuncu iş yerində 4 il işləmiş, 1 avqust 1938-ci ildə xaric edilmişdir.
Bundan sonra Özəl Uca-Ülkü liseyinə gələn Atsız, burada 1937-ci ildən, 1939-cu ilə qədər ədəbiyyat müəllimi işləmiş. 1939-1944-cu illər arasında isə, digər özəl lisey olan- Boğaziçi liseyində ədəbiyyat müəllimliyi etmişdir.
Atsız, burada işləyərkən, Mətbuat və Yayın Müdiri Selim Sarperin təşviqilə Orhun jurnalını (1 oktyabr, 1943 - 1 aprel, 1944) yenidən nəşr etdirməyə başlamışdır. Yolların sonu - məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabıdır.[1]Hüseyn Nihal Atsız bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
II Dünya Müharibəsi davam edərkən Türkiyədə kommunist fəaliyyətlərinin artdığını düşünən Atsız, Orhun jurnalının 1944-cu il, mart ayındakı XV sayında, daha əvvəl 5 avqust, 1942-ci ildə, milli məclisdə "Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də bir vicdan və kültür məsələsidir" deyən dövrün Baş Naziri Şükrü Saracoğluna xitabən bir açıq məktub yayımladı.
"Hörmətli Baş Nazir, həm Türkcü, həm də Baş Nazir olduğunuz üçün sizə açiq məktub yazıram. Yalnız Baş Nazir olsaydınız bunları yazmaq əziyyətinə qatlanmazdım. Çünkü Türkçü olmayan bir Baş Nazirə xitab etmənin nə qədər boş olduğunu bilirəm. Yalnız bir Türkçü olsaydınlz yenə yazmağa lüzum görməzdim. Çünki, faydasız qalacağından sizdən daha köhnə Türkçülərlə yurdun dərdlərini hər zaman danışa bilərəm. Fəqət Türkçü olaraq idarə mexanizmasının başında olduğunuz üçün sizinlə danışmaqdan faydalar gələ biləcəyinə inanır, onun üçün sizə xitab edirəm.[12]
Millət Məclisində, 5 avqust, 1942-ci il günü verdiyiniz nitqdə:"Biz Türkük, Türkçüyük və daima Türkçü qalacağıq. Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də bir vicdan və kültür məsələsidir" demişdiniz. Türk tarixi ilə məşğul olmuş biri kimi deyə bilərəm ki, nə irqimizin, nə də dövlətimizin tarixində Türk millətçiliyi rəsmi bir ağızdan bu qədər dəqiq sözlərlə heç bir zaman deyilməmişdir. Bu sözlərin Türkçü çevrələrdə necə sevinclə qarşılandığını izah etməyə ehtiyac yoxdur. Fəqət ardınca bir il yarım keçməsinə baxmayaraq, biz, bu Türkçülüyün işə keçmədiyini görməkdən doğan bir sıxıntı içindəyik. Fikirlər iş halına gəldiyi zaman mənalıdır. Buna ülkü (məqsəd) deyirik. İşə alınmayan fikirlər isə xam xəyaldan başqa bir şey deyildir. 70 ildən bəri işlənə-işlənə bugünkü vəziyyətinə çatan, güclü Türkçülüyün artıq tətbiq sahəsində də özünü göstərməsi zamanı əlbəttə gəlmişdir"
Atsız, aprel, 1944-cü ildə, Orhun jurnalının XVI sayında, Şükrü Saracoğluna xitabən II açıq məktubunu yayımlayaraq Əhməd Cavad Əmrə, Pertev Naili Boratav, Səbahəddin Əli, Sədrəddin Cəlal Antelin Marksist fəaliyyətlərdə olduqlarını və Milli Təhsil nazirinin bu kommunistləri qoruduğunu irəli sürərək dövrün Milli Təhsil naziri Həsən Əli Yücəli istefaya çağırdı.[13] Bu məktub Türkçülər arasında böyük səs-küyə səbəb oldu. İstanbul və Ankarada antikommunist mitinqlər keçirildi. Buna cavab olaraq Həsən Əli Yücəl 7 aprel, 1944-cü ildə Atsızın Boğaziçi Liseyindəki ədəbiyyat müəllimliyi işinə son verdi.
Orhun jurnalı Nazirlər Kabinetinin qərarə ilə yenidən qapatıldı. Səbahddin Əli, dostu və həmçinin də Atsızın da yaxın dostu olan Orxan Şaiq Gökyayın təkidlərinə baxmayaraq, Atsızdan şikayət etdi. Əleyhinə məhkəməyə şikayət olunan Atsız, qatarla Ankaraya getmiş və Türkçü gənclər tərəfindən stansiyada böyük coşqu ilə qarşılanmışdı.[5]
Şəxsiyyəti təhqir iddiasının 26 aprel, 1944-cü ildəki ilk iclası toqquşmalarla keçdi. Bundan sonra 3 may, 1944-cü ildə edilən ikinci iclasda tələbələr içəri buraxılmamış, bu səbəbdən də tələbə nümayişləri olmuş və yüzlərlə adam tutulmuşdu. Məhkəmənin 9 may, 1944-cü ildə edilən qərar iclasında Səbahəddin Əliyə "vətən xaini" dediyi üçün 6 aylıq cəza almış Atsızın cəzası, hakim tərəfindən "milli təhrik" səbəbilə 4 aya endirilmiş və 4 aylıq bu cəzada ertələnmişdi. Atsız, cəzasının ertələnməsinə baxmayaraq 9 may, 1944-cü il tarixindı məhkəmədən çıxarkən həbs edilmişdir.
1944-cü ilin, 19 mayında prezident İsmət İnönü Atsızı ittiham edən məşhur nitqini söylədi. Bundan sonra Atsız və 34 dostu 1 nömrəli məhkəmədə mühakimə olunmağa başlamışdır. Aralarında Alparslan Türkeş kimi zabit, universitet professorları, müəllim, həkim və universitet tələbələrinin olduğu müttəhimlər, sonradan hücrələrdə işğəncə gördüklərini iddiaa etmişlərdir. 7 sentyabr, 1944-cü il günü məhkəmə başlamış, "İrqçilik-Turançılıq iddiası" adı verilən və həftədə 3 gün olmaqla 65 iclasda davam edən məhkəmə, 29 mart 1945-ci ildə sonlanmış və Atsız 6 il, 5 ay həbsə məhkum edilmişdir.[14]
Atsız, bu qərarı apelyasıyaya verdikdən sonra, məhkəmə onun cəzasını pozmuş, beləcə Atsız bir il yarım həbsdə olduqdan sonra, 23 oktyabr, 1945-ci ildə azad buraxılmışdır.[15]
Aprel, 1947-ci ildən, 1949-cu ilə qədər özünə iş verilməyən Atsız, keçinmək üçün kitablarının böyük bir hissəsini satmağa məcbur qalmışdır. Bir müddət Türkiyə Yayınevində işləyən Atsız, Türk-Rus savaşlarının icmalı olan "Türkiyə heç vaxt boyun əyməyəcəkdir" adlı kitabını da Sururi Ermete adlı şəxsin adı ilə nəşr etdirməyə məcbur edilmişdir.
Atsızın qrup yoldaşı, prof. Dr. Tahsin Banquoğlu Milli Təhsil naziri olandan sonra, Atsızı Süleymaniyyə kitabxanasına mütəxəssis kimi iş vermişdir.
Bir müddət burada işləyəndən sonra, 1950-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəlməsindən sonra 21 sentyabr, 1950-ci ildə Heydərpaşa Liseyinə əbəbiyyat müəllimi kimi işə qəbul edilmişdir.
4 may, 1952-ci ildə, Ankara Atatürk liseyində vermiş olduğu "Türkiyənin Qurtuluşu" mövzulu bir konfrans səbəbilə, Cumhuriyyət qəzeti Atsızın əleyhinə xəbərlər verməyə başlamışdır. Haqqında nazirlik tərəfindən araşdırma başladılan Atsızın nitqinin elmi olduğu təsbit edilmişdir. Lakin Atsız 13 may, 1952-ci ildə, Heydərpaşa liseyindəki ədəbiyyat müəllimliyi işindən alınaraq, əvvəlki kitabxana işinə geri qaytarılmışdır. 1969-cu ulə qədər burada çalışmışdır.
1950-1952-ci illərdə yayımlanan həftəlik Orkun jurnalının baş redaktorluğunu etdi. 1962-ci ildə qurulan Türkçülər Dərnəyinin başqanı oldu. 1964-cü ildən vəfatına qədər Ötükən jurnalını çap etdirdi.
Dövrün prezidenti Cevdet Sunay, Qaziantepə gedərkən bir işçinin ona, "hökumət nümayəndələri ərəblərə torpaq verirlər, ama biz türklərə yox" deməsinə cavab olaraq, " türk torpaqlarında yaşayan hər kəs türkdür." demiş, Atsız buna cavab olaraq, Ötükən jurnalının 1967-ci ildə, yayımlanan 40-cı sayından etibarən, "Danışıqlar I", "Danışıqlar II", "Danışıqlar III", "Müstəqil kürd dövləti propoqandası", "Şərq mitinqlərində pərdə arxası", "Satılmışlar-Moskvanın əlaltıları" adlarıyla nəşr etdirdiyi məqalələrində Marksislərin şərq bölgələrində gizli təşkilatlanmalarda olduqlarını iddia etmiş, ərəblə türkü bir tutduğuna görə hökuməti tənqid etmişdir. Bu məqalələr haqqında araşdırma başladılmışsa da, cinayət tərkibi tapılmamışdır.
Ancaq bu yazılar səbəindən, Ankara küçələrində Atsız əleyhinə hazırlanmış bildirilər paylanmış və eyni gündə də Adalət partiyasının Diyabəkirdən olan deputatı, mitinqində Atsızı ağır şəkildə tənqid etmişdir.
Həsən Dincərin Ədliyyə naziri olduğu dönəmdə, nazirlik tədqiqat açmış və Atsız məhkəməyə verilmişdir. Məhkəmənin davam etdiyi 6 il içərisindı 12 mart (1971) çevrilişi olmuş və ardıyca hərbi idarə elan olunmuşdur.
Uzun iclaslardan sonra məhkəmə, Ötükən jurnalının sahibi Atsızı və yazı işləri üzrə səlahiyyətli müdiri Mustafa Kayabeki 15 aylıq həbsə məhkum etmişdir. Məhkəmə başqanının qərara qatılmadığı və 2-1-lik əksəriyyətlə verilən bu qərar, apelyasiya müraciəti olunca, qüvvədən salınmış, lakin Ədliyyə nazirliyi 2-1lik qərarda israr edincə, qərar qüvvəyə minmişdir. Atsız və Mustafa Kayabek "Tashih-i karar" istəyində olsalar da, bu istəkləri məhkəmə tərəfindən qəbul edilməmişdir.
Xronik enfarktus, yüksək təzyiq və ağır revmatizmadan əziyyət çəkdiyi üçün Heydərpaşa xəstəxanasına göndərilən Atsıza, xəstəxana tərəfindən "cəzaevində qala bilməz" qərarı verilsə də, Ədliyyə nazirliyi tərəfindən tədbiq olunmasına icazə verilməmişdir.[16]
Bunun ardınca, Toptaşı həbsxanasına göndərilərək, 40-a qədər ən qatı cinayətkarlarla eyni otağa salınan Atsız, bir müddət sonra Sağmalçılar həbsxanasına göndərilmişdir.
Atsızın həbsə girəcəyinin dəqiqləşməsindən bir müddət sonra, universitet müəllimləri və tələbələrdən ibarət böyük bir qrup prezidentə məktub yazaraq, Atsızın əhv olunmasını xahiş etmişdir. Atsız özü isə, heç bir cinayət törətmədiyini, etdikləri barədə yenə də eyni düşüncədə olduğunu, yenə olsa, bir daha da edəcəyini bildirərək, heç kimdən əhv xahişi etməyəcəyini bildirdi. Lakin buna baxmayaraq, prezident Fəxri Korutürk öz səlahiyyətindən istifadə edərək Atsızı əhv etdi. 22 yanvar, 1974-cü ildə, Bayrampaşa həbsxanasından Atsız azad edildi.
Atsız, 1975-ci ilin noyabr ayının ortalarında xəstə olduğundan şübhələnmiş, ancaq edilən müayinə və testlər nəticəsində bir xəstəlik tapılmamışdır. 10 dekabr, 1975-ci ildə, çərşənbə gününün axşamı, infarkt keçirmiş, çağırılan həkim bunu başa düşə bilməmiş, ertəsi gündə bir infarkt keçirərək, 11 dekabrda vəfat etmişdir. 13 dekabrda, Karacaahmet məzarlığında dəfn edilmişdir.[14][17]
Osman Ağa Məscidində cənaze namazı qılınqıdan sonra İmamın "Mərhumu necə bilirdiz" sualına, Fəthi Gemuhluoğlu yüksək səslə: "Bir musalla daşı (məscidlərdə ölü yuyulması üçün olan daş) Atsız qədər əsl ər insanı az görmüşdür, xoca əfəndi" demişdir.[14]
Nihal Atsız, uşaqlıq dövründə Osmanlı imperiyasının son illərinə, gənclik dövrü isə Türkiyə Cumhuriyyətinin ilk illərinə şahidlik etmişdir. Yaşadığı dövrdə yüksəlişə keçmiş olan Türk millətçiliyinin təsiri altına girmiş və bu fikir axımının alovlu bir müdafiəçisi olmuşdur. Atsız, özünü Türkçü, milləti və Turançı olaraq tanımlamışdır. Türkiyədə 1960-ci illərdə və 1970-ciillərdə çox sayda ardıcıl toplamış olan sosializm axımına və İslamçılığa şiddətlə qarşı çıxmışdır. Yaşadığı dövrdə sol görüşlü kimsələr tərəfindən özünə çox dəfə "faşist" olduğu deyilsə də, lakin Atsız özünün bir faşist olmadığını, yalnızca bir Türkcü-Turancı olduğunu demişdir. Türk-İslam sintezini müdafiə edən Ülküçülərlə ortaq işlərdə olmamış və bundan qaçmışdır. Xas Türkçülüyün müdafiəçisi olmuşdur:
Haqqımda müxtəlif sözlər deyən insanlara və həqiqi fikrimi soruşanlara bunu demək istəyirəm ki, mən nə faşistəm, nə də demokrat. Mən, xarici qaynaqlı heç bir fikri mənimsəməyəcək qədər milli şüur və qürura malik bir Türkəm. Siyasi, ictimai məzhəbim Türkçülükdür. |
Cavanliq dövründəki bir fotosunda saçlarını daramaq təriznə görə Adolf Hitlerə bənzəmək istədiyi iddiaasına cavab olaraq isə bu sözləri demişdir:
"...Həmid Şövkət bunlari bilir mi ? Bilmirsə mənim Hitlerizmə meyilli bir adam olduğuma nə səbəbdən hökm edər? Saçlarım bənzəyirmiş... Bu axmaqca iddia illərdən bəri bir çox səfehlər tərəfindən əleyhimə dəlil kimi istifadə olundu. Hətta evimdə Hitlerin şəklinin asılı olduğu belə deyildi. Mən, xaricdən gəlmiş heç bir fikri qəbul etməyə tənəzzül etməyəcək qədər milli qurur və şüura sahib olduğumu, ictimai məzhəbimin Türkçülük olduğunu vaxtiylə yazaraq elan etdim. Daha neyləyə bilərəm ? Saçım Hitlerinkinə bənzəyir deyə məni Hitlerçi zənn edəcək qədər axmaqlıq edən minlərcə, bəlkə on minlərcə yazığa ayrı ayrı yaza bilmərəm ki... Həmid Şövkət heç vaxt unutmasın ki, bu vətənə bağlılıqda özünü mənimlə bir tuta bilməz. Çünkü ondan fərqli olaraq, mən bu torpağa əcdadımın qanı və xatirəsiylə bağlıyam." |
Türkçülükdən başqa heç bir siyasi görüşə yaxın belə durmayan Atsız, eyni zamanda millətçi partiya belə olsa, partiya fanatizminə qarşı çıxmışdır. Ona görə, siyasi partiyaların varlığı qalıcı deyildir. Fanatı olunacaq şey fikirlərdir, partiyalar yox.
"Partiyalarda ülkü yoxdur. İqtidara keçmək və ya orada qalmaq üçün ən sərt hərəkətlərdən belə çəkinməzlər" |
1960-cı illər, 1970-ci illərdə, Türkiyədəki partiyaların bir çox rəsmi olaraq millətçi-türkçü olduğu halda, Atsız o dövrün partiyaları barədə müsbət fikirdə olmamışdır:[18][19]
"Türkçülər bu gün ancaq Türkçü xarakteri olan partiyaları tutarlar. Türkçülükdən sapan heç bir parti Türkçülər tərəfindən tutulamaz. Türkçülüyün nə olduğu açıq-aşkar ortada olduğu üçün bugünkü heç bir partiya Türkçü deyildir" |