Bozqurdların ölümü (roman)

Bozqurdların ölümüNihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı,[1] Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır.

Bozqurdların ölümü
Bozkurtların Ölümü
"Bozqurdların ölümü" kitabının üz qabığı
"Bozqurdların ölümü" kitabının üz qabığı
Müəllif Hüseyn Nihal Atsız
Janr Roman
Mövzu 40 türk hərbçisinin Çinə qarşı üsyanından bəhs edilir.
Orijinalın dili Türkcə
Ölkə Türkiyə Türkiyə
Orijinalın nəşr ili türkcə
Nəşriyyat Ötüken nəşriyyat
Səhifə 471
Sonrakı Bozqurdlar dirilir
ISBN 9789753710541

Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır.

Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır.

Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır.

Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə baxmayaraq kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.

Üsyan (Siqanfu basqını) zamanı qaçan Kür Şadın həyat yoldaşı və oğlu irəlidə qurulacaq II Göytürk xaqanlığının əsasını qoyurlar. Kür Şad və 40 əsgəri son nəfəslərinə qədər döyüşürlər və adlarını tarixə yazdırırlar. Əsərin sonunda həmin bu döyüşlərin ruhlarının Tanrı dağına çatmağı və orada digər Türk qəhrəmanları ilə qovuşmaları təsvir edilir.

  • 621-ci ildə bir yaz gecəsi
  • Bağatur Şad
  • Qara Xaqan
  • Ötükənin dəqiq nişançısı
  • Tüng Yabqu Xaqanın elçiləri
  • Onbaşı Səncər
  • Kineş
  • Yarqu
  • Çalık
  • Çalık iş başında
  • Onbaşı Pars
  • Casus
  • Budun hirsli
  • Hücum
  • Şen-Kingin qəzəbi
  • Kıraç Ata
  • Yüzbaşı Böğü Alp
  • Dönüş
  • BögüAlpın yeni yumuşu
  • Yumru
  • Elçilər
  • Yolda
  • Batı xaqanı
  • Tünq Yabqunun əsgərləri ilə qarşılaşma
  • Yamtarın mübahisəsi
  • Ötükən yolunda
  • Almıla
  • İ-çing xatun
  • Bozqır yasası
  • Tulu xan
  • Açılan tapmaca
  • Şübhə
  • Onbaşı Sülemiş
  • Qaraqulan
  • Qıtlıq
  • Üsyan
  • Yüzbaşı Yağmur
  • Tanrı Türklərə qəzəblənir
  • Məğlubiyyət
  • Tələnin içində
  • Son gülüş

Üçüncü fəsil

[redaktə | mənbəni redaktə et]
  • Bir il sonra
  • Can acısı və könül acısı
  • Filosof Şen-ma
  • Yamtar uyanır
  • Kıraç Atanın dedikləri gercəkləşir
  • Çin türklərin əxlaqını pozur
  • Beş il sonra
  • Yakarış
  • Üsyan
  • Son

Personajlar və ilham qaynaqları

[redaktə | mənbəni redaktə et]
Ad Haqqında İlham qaynağı Not
Kür Şad (Şu Tigin), Çuluq Xaqanınn kiçik oğlu Aşina Cieşeşuay
İşbara Alp

Göytürk yüzbaşısı

(Tümənbaşı olduğunda adı İşbara xan oluyor)
Bögü Alp Göytürk yüzbaşısı
Tunqa Tigin
Bağa Tarkan Polis rəisi
Səncər Göytürk onbaşısı
Qarabudaq Edam edilən onbaşı
Üçoğul Göytürk onbaşısı
Yamtar Göytürk onbaşısı
Pars Göytürk onbaşısı
Süləmiş Göytürk onbaşısı
Arıq Buka Hücumda vəfat edən onbaşı
Çalık İşbara Alpın yavəri
Almıla İşbara Alpın qızı
Kıraç Ata Məşhur kam (din xadimi)
Yumru Bögü Alpın yavəri
Qaraqulan Çin vəliəhdinin türk əsilli yavəri
Şahzadə Yiçenq Xatun Xatun Şahzadə Yiçenq (Şərqi Göytürk xaqanlığının xatunu (599–630))
Şen-king Şahzadə Yiçenqin qardaşı
Van-zin-şan Şen-king'in yandaşı
Fu-lin Ötükəndə yaşayan Çinli qadın
Çuluq Xaqan Göytürk xaqanı Çula xaqan (Şərqi Göytürk xaqanlığının xaqanı (619–620))
Qara Xaqan (Bağtur Şad), Gök Türk kağanı To-pi, İllig Xaqan (Şərqi Göytürk xaqanlığının xaqanı (620–630))
Tüng Yabqu Xaqan Batı xaqan Tonq Yabqu xaqan (Qərbi Göytürk xaqanlığının xaqanı (619–628))
Tulu xan (Yaşar Tigin), Çuluq xaqanının böyük oğlu Shih-po-pi
Urku Tulu xanın oğlu Ho-lo-ku
Şemin Çin imperatorunun oğlu Li Shimin
  1. Atsız, Bozkurtların Ölümü, İrfan Yayınevi, İstanbul, 1997.