Brüqqen və ya Bergen yatağı — Ticarət binaları kompleksi.[1] Norveçin Bergen şəhərinin mərkəzində yerləşir. 1979-cu ildə YUNESKO-nun Dünya İrsi Siyahısına əlavə edilib.[2]
UNESCO dünya İrsi | |
Brüqqen | |
---|---|
Bryggen | |
60°23′51″ şm. e. 5°19′24″ ş. u.HGYO | |
Ölkə | Norveç |
Digər | |
unesco.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1360-cı ildə Berqendə qazin birliyinin nümayəndəliyinin yaranması ilə şəhər önəmli ticarət mərkəzinə çevrilir. İnzibati binalarda Avropanın bir sıra şəhərlərindən, xüsusi ilə də Almaniyadan bir çox işçilər gəlirdi. Onların anbarları mallarla, ən çox da Norveçdən gələn balıq və Avropadan gələn buğda ilə dolu idi.[3] Berqen şəhəri tarix boyu bir çox yanğınlara məruz qalıb. Çünki buradakı evlərin çoxu ağacdan tikilmişdi. Hal-hazırda Brüqqendə 4-ə yaxın tikili 1702-ci ildən qalıb. Həmçinin XV əsrə məxsus daş anbarlar da var. Amma, əvvəlki anbarlar və inzibati binalar yanıb. Brüqqebin qalan hissəsi isə daha yeni tikilən binalardan ibarətdir. Tikililərin bir çoxu 1955-ci ildə yanğın zamanı məhv olub.[4] Sonralar həmin ərazidə arxeoloji heykəllərdən ibarət Brüqqen muzeyi tikilib. Həmçinin, burda qədim taxta evlər də var. Muzeydə 1955-ci ildə tapılan mixi yazıları ilə taxta və sümük üzərində yazılan, "Brüqqen yazıları" adı ilə tanınan tapıntıları var. Bu gün Brüqeninn binalarında turistik və suvenir mağazaları var. Həmçinin restoranlar, kafelər və muzeylər də fəaliyyət göstərir. 1955-ci ildəki yanğından sonra qalan tikililər isə rəssamlar üçün emalatxana kimi istifadə edilir.[5]