Brüssel konfansı (1874)

Brüssel Konfransı

Brüssel Konfransı — 1874-cü il 27 iyul — 27 avqust tarixləri arasında müharibə qaydaları və adətləri ilə bağlı beynəlxalq tənzimləmə gətirmək məqsədilə keçirilən konfrans idi. Fransa-Prussiya müharibəsindən (1870–1871) sonra Rusiya tərəfindən keçirilmiş və altı il əvvəl Sankt-Peterburqda Konfransının davamı idi.[1][2] Konfransın mövzusu olan məcəllə mətninin layihəsini rusiyalı hüquqşünasdiplomat Fridrix Martens yazıb. Dövrün böyük dövlətlərindən Almaniya, Fransa, Avstriya-Macarıstan, Osmanlı İmperiyası, RusiyaBöyük Britaniya, Belçika, Danimarka, İspaniya, Yunanıstan, İtaliya, Hollandiya, İsveç, Norveç, Portuqaliyaİsveçrə də bu konfransda iştirak edib. Dəvət olunan digər ölkələrdən, İranABŞ iştirak etmədi. Konfransda qəbul edilən qərarlar bəzi hökumətlər tərəfindən qəbul edilmədiyi üçün qüvvəyə minmədi. Buna baxmayaraq, 1874-cü il Brüssel Konfransı sonrakı tərksilah sazişləri üçün çox mühüm addım kimi qiymətləndirilir.

  1. The Brussels Peace Conference of 1874 and theModern Laws of Belligerent Qualification|
  2. The Principle Of Superfluous Injury Or Unnecessary Suffering: From the Declaration of St. Petersburg of 1868 to Additional Protocol I of 1977 https://web.archive.org/web/20170210192739/https://www.loc.gov/rr/frd/Military_Law/pdf/RC_Mar-Apr-1994.pdf