Fransa müstəmləkə imperiyası

Birinci Fransa müstəmləkə imperiyası (yaşıl) və İkinci Fransa müstəmləkə imperiyası (tünd mavi)

Fransızlar Afrikanın qərbi və cənubunu öz hakimiyyətləri altında birləşdirmişdilər. Əsas məqsədləri zənciləri bir-birindən ayrı salmaq idi. Bu yolla bir çox zənci qəbiləsi bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirilmişdir. Həmçinin missionerlik fəaliyyəti ilə məşğul olaraq Xristianlıq dininin qəbul etdirilməsinə çalışmışdırlar. Hal-hazırda bir çox Qərbi Afrika ölkəsinin dili Fransızcadır.

Fransız müstəmləkə imperiyası XIXXX əsrdə Britaniya İmperiyasından sonra dünyanın ikinci böyük müstəmləkə imperiyasıdır. Fransız müstəmləkə imperiyasının sahəsi ana vətən ilə birlikdə 1900 ilə 1930-cu illər arasında 24.000.000 km² olmuşdur. Bu böyüklük dünyadakı torpaqların sahəsinin 17.8%-inə bərabərdir.

Fransanın köhnə gerbi

Amerikadakı Fransız müstəmləkələrinin ən vacibi şübhəsiz olaraq Kanadadır. Kanadaya ilk ayaq basan Fransızlardan sonra Kanadaya İngilislər çıxmış və işğal etmişdilər. Kanada 1756-1763-cü illəri əhatə etmiş olan Yeddiillik müharibədən sonra Fransadan İngiltərəyə keçmişdir. Ancaq bölgəyə gətirilmiş Fransızların dillərini unutmamalarına görə bugünkü Kanada iki dilli qalmışdır.

Bunun başqa Karib dənizi sahillərində də müstəmləkələri vardır.

HaitiFransa Qvianası da Fransız müstəmləkəsidir.

Bu gün Fransaya hələ də aid olan GuadeloupeMartinique vardır.

Şərqi Afrikadakı yeganə müstəmləkə isə Cibutidir. Bu dövlətin rəsmi dillərindən biri Fransızca digəri isə ərəbcədir.

Məğrib bölgəsindəki Əlcəzair, MərakeşTunisdə hələ də fransız dili öz önəmini saxlayır. Əlcəzairdə fransız dilində qəzetlər nəşr edilir.

Hind okeanında Madaqaskar adası da müstəmləkə olmuşdur. Bundan başqa Komor adaları adlanan adalar qrupu da müstəmləkə olmuşdur. Bu gün hələ də bir Komor adası Fransaya aiddir.

Orta Şərqdə Osmanlı imperiyasından ayrılmış SuriyaLivan müstəmləkə vəziyyətinə gətirilmişdir. Fransa daha sonra Qaziantep, Qəhrəmanmaraş, Şanlıurfa, Hatay, Adana (hətta Sevr müqaviləsiylə Tokat, Malatya, Sivas) kimi Türk şəhərlərinə qədər irəliləməyi bacarmışdırlarsa da, sonradan Türkiyə İstiqlaliyyət müharibəsi dövründə türklər tərəfindən geriyə çəkilməyə məcbur edilmişdirlər. Bir müddət Hatayı əlində saxlayan Fransa, onun müstəqil olmasına göz yummuşdur. Daha sonra Hatay Türkiyənin tərkibinə daxil edilərək Fransanın müstəmləkəsi olmaq təhlükəsindən xilas olmuşdur.

SuriyaLivan isə daha bir müddət ərzində müstəmləkə olmuşdurlar, lakin sonra müstəqillik əldə etməyi bacarmışdırlar.

Uzaq Şərqdə yerləşən Fransız müstəmləkələri içərisində Vyetnam vardır.