Brahmaea christophi

Kristofer brameyası (lat. Brahmaea christophi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinin brameya cinsinə aid heyvan növü. Relikt olan endemik növdür. Talış avtoxtonudur. Bir çox alim bu kəpənəyi müstəqil növ deyil yarımnöv olaraq qeyd edirlər. Ümumi sayları çox azdır.

Kristofer brameyası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Kristofer brameyası
Beynəlxalq elmi adı

İri kəpənəkdir. Qanadları açıq halda 160 mm-dək çatır. Qanadların kənarı dairəvidir, üzərlərində gözşəkilli ləkələr yoxdur. Qanadların əsas rəngi tünd-qəhvəyidir, kənarları boyunca dalğavari xəttlər keçir. Ön qanadın uzunluğu 58–62 sm-dir.

Azərbaycanda əsasən Talış dağları ərazisində və qonşu İran ərazilərində meşahidə edilir. R. Əffəndi tərəfindən 3 kəpənəyi qeydə alınmışdır.

Onlar əsasən relik subtropik meşə ərazilərində hündürlüyü 1000 metr olan ərazilərdə yayılmışdır. İl ərzində bir dəfə nəsil verir. Tırtılları iyun-iyul aylarında müşahidə edilir. Pup şəklində qışlayır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Kəpənəklərin həvəskar kolleksiyaçılar tərəfindən intensiv surətdə tutulması.

Qorunması üçün qəbul olunmuş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı kitab"ının I nəşrinə daxil edilmişdir. Hirkan Milli Parkında qorunur. Kəpənəklərin tutulması və tırtılların toplanması qəti qadağan edilməlidir. Kəpənəyin populyasiyasının vəziyyəti barədə dəqiq məlumatlar əldə etmək məqsədilə yaşayış sahələrinə müntəzəm monitinqlər təşkil etmək, sayını nəzarətdə saxlamaq lazımdır.