Braslav Gölləri Milli Parkı

"Braslav Gölləri" Milli ParkıBelarusun şimal-qərbində yerləşən milli park.[2] Park unikal təbiət komplekslərini insanların təsərrüfat fəaliyyətlərində qorumağa xidmət edir. Milli park 1995-ci ilin avqustunda yaradılmışdır. Parkın əsas özəyi Braslav gölləri qrupudur.[2] Milli parkın ərazisinə həm də Braslav rayonunun cənub hissəsi, bataqlıqmeşə massivləri daxildir. Ümumi sahəsi 71500 hektardır.[3] Milli park şimaldan cənuba doğru 56 km məsafə uzanır. Eni isə 7 və 29 km arasında dəyişir. Ümumi park ərazisinin 17 %-ni göllər təşkil edir. Meşə sahələri isə ümumi sahənin 46 %-ni təşkil edir.

Braslav Gölləri Milli Parkı
belar. Браслаўскія азёры (нацыянальны парк)
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 71500 ha
Yaradılma tarixi 1995[1]
Ziyarətçi sayı 5000
Çay Braslav gölləri
Yerləşməsi
55°35′46″ şm. e. 27°03′14″ ş. u.HGYO
Ölkə  Belarus
Vilayət Vitebsk vilayəti
braslavpark.by
Braslav Gölləri Milli Parkı xəritədə
Braslav Gölləri Milli Parkı
Braslav Gölləri Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Milli park ərazisində bir çox maraqlı təbiət abidələri mövcuddur. Bunlardan çox aydın görsənən buzlaq relyef formalarını, böyük valunları, göl içində olan adaları və nadır ağac növlərini misal göstərmək olar. Ərazidə həmçinin çoxlu tarixi və mədəni abidələr mövcuddur: müxtəlif epoxalara məxsus yaşayış məkanları, kurqanlar və s.

Bioloqların hesablamalarına görə park ərazisində 500 bitki növü mövcuddur. Bunlardan 20 növ Belarus üçün nadir hesab olunur.

Braslav Gölləri Milli Parkında elmi fəaliyyət də həyata keçirilir. Təbiəti qoruma işləri mütamadi təşkil olunur. Braslav şəhərində parkın elmi bazası yerləşir. Ümumən milli parkın əməkdaşların sayı 600 nəfərdir.

Milli parkın faunası da çox zəngindir. Burada 189 quş növünə rast gəlinir. 45 növ nəsli kəsilmək üzrədir və nadir növ hesab olunur. Heyvanlardan Qırmızı kitaba düşmüş porsuq (Meles meles), vaşaq (Lynx lynx), ayı (Ursus arctos), quşlardan isə qara leylək (Ciconia nigra), boz durna (Grus grus), qaradöş qumluqca (Calidris alpina) üstünlük təşkil edir.

Qoruq ərazisinin diğər sakinlərindən canavarı (Canis lupus), qabanı (Sus scrofa), cüyürü (Capreolus capreolus), tülkünü (Vulpes vulpes), sığını (Alces alces) və s. misal göstərmək olar.

Milli parkın şimal hissəsində Vasilkişki xutoru yerləşir.

  1. GRID Release 2021-06-15. 2021-06-15 2021. doi:10.6084/M9.FIGSHARE.14791362
  2. 1 2 "Национальный парк "Браславские озёра"". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  3. "Браславская группа озёр". 2019-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.