Belovejskaya Puşça Milli Parkı

Belovejskaya Puşça Milli Parkı (rus. Национальный парк «Беловежская пуща»; belar. Нацыянальны парк Белавежская пушча[1][2][3]) — Belarusun Brest regionunun Kamyanyets və Prujani rayonlarında, Qrodno regionunun Sviçlaç rayonunda yerləşən milli park. Milli park Polşa ilə sərhəddədir. Bu ərazidə Avropanın qədim meşələrindən Byaloveşa meşəsi mühafizə olunur. Belarus-Polşa sərhədini bu meşə müəyyən edir və Polşa tərəfində Byaloveşa Milli Parkı yerləşir. Sərhəddə turistlər və velosipedçilər üçün keçid vardır. Milli parkda Avropa qitəsinin ən ağır quru heyvanları — Avropa bizonu yaşayır.

Belovejskaya Puşça Milli Parkı
belar. Нацыянальны парк Белавежская пушча
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 1.529,6 km2 ha
Yaradılma tarixi 11 avqust 1932
İdarəetmə orqanı Belarus Təbiət Nazirliyi
Yerləşməsi
52°35′07″ şm. e. 23°52′44″ ş. u.HGYO
Ölkə  Belarus
Vilayət Brest regionu
Qrodno regionu
Rayon Kamyanyets
Prujani
Sviçlaç
npbp.brest.by
Belovejskaya Puşça Milli Parkı xəritədə
Belovejskaya Puşça Milli Parkı
Belovejskaya Puşça Milli Parkı
TipiTəbii
Kriteriyaix, x
HissəsiBiałowieża Forest
İstinad nöm.33-001
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belovejskaya Puşça Biosfer Qoruğunun sahəsi 1.171 km2-dır. Əsas hissəsinin sahəsi 157 km2, bufer zonasının sahəsi 174 km2, tranzit zonasının sahəsi 700 km2, Dünya irsi bölgəsinin sahəsi isə 876 km2-dır. Milli park Brest şəhərinin 40 km şimalındadır və Brest regionunun 2,7 %-ini təşkil edir.[4]

Bu ərazilər haqqında ilk qeydlər 983-cü ilə aiddir. Milli parkın adı XIV əsrdə qurulmuş Belaya Veja şəhərindən və XV əsrdə PolşaLitva tarixi sənədlərində qeyd olunan Puşça sözündən almışdır.

İkinci Polşa Respublikası dövründə Byaloveşa meşəsinin böyük hissəsi 11 avqust 1932-ci ildə milli park elan olunmuşdur. İkinci dünya müharibəsindən sonra bağlanmış müqaviləyə əsasən Byaloveşa meşəsi Polşa ilə Belarus SSR arasında bölüşdürülmüşdür. 1947-ci ildə Polşada Byaloveşa Milli Parkı qurulmuşdur.

Milli parkın idarəetmə orqanı Kamyanyukidədir. Orada kiçik muzey, restoran, bar, hotellər (SSRİ dövründə tikilmiş və baxıma möhtacdırlar) yerləşir.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Milli park Belarusun ən əhəmiyyətli ekosisteminə sahibdir. Burada 900 bitki növü (zanthoxylum, şam ağacı, Avropa ağ şamı, nadir ot növləri) və 250 heyvan növü (Avropa bizonu, canavar, adi vaşaq, susamuru, böyük xallı qartal, durna, ağacdələn, adi yapalaqca) yaşayır.

  1. "Arxivlənmiş surət". 2020-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  2. "Arxivlənmiş surət". 2011-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  3. "Arxivlənmiş surət". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  4. "Arxivlənmiş surət". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]