Braziliya–Özbəkistan münasibətləri

Braziliya–Özbəkistan münasibətləriBraziliya Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Braziliya–Özbəkistan münasibətləri
Braziliya və Özbəkistan
 Braziliya  Özbəkistan

Diplomatik əlaqələrin qurulması[redaktə | mənbəni redaktə et]

Braziliya-Özbəkistan ikitərəfli münasibətləri başlanğıc mərhələsindədir. Braziliya Latın Amerikasında 1993-cü ildə Özbəkistanla diplomatik əlaqələr quran ilk dövlət olur[1].

Ölkələrin ümumi xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Özbəkistan 202-ci ildə 29 illik müstəqilliyini qeyd edən keçmiş Sovet respublikasıdır (1 sentyabr 2020)[2]. Braziliya Respublikası 520 illik yubileyini 22 aprel 2020-ci ildə qeyd etmişdir[3].

Tarix[redaktə | mənbəni redaktə et]

Siyasi təmaslar və səfərlər[redaktə | mənbəni redaktə et]

Özbəkistan və Braziliya arasındakı əlaqələrin genişləndirilməsində, 2007-ci ilin avqustunda Braziliyada baş tutan iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr böyük əhəmiyyət kəsb edir.

Uzinfoinvest ilə Braziliya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (APEX) arasında Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanmışdır. 1–4 noyabr 2008-ci il tarixində Rio-de-Janeyro Bələdiyyə Başçısı S. Maye Özbəkistana səfər edir və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov tərəfindən qəbul edilir. Səfərin ardından Səmərqənd və Rio-de-Janeyro şəhərləri arasında tərəfdaşlıq və əməkdaşlığın qurulması haqqında Protokol imzalanmışdır.

Özbəkistanla Latın Amerikası ölkələri arasındakı münasibətlərdə əhəmiyyətli bir hadisə, Braziliya Prezidenti Luis İnasio da Silva tərəfindən qəbul edilən Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Braziliya Federativ Respublikasına ilk rəsmi səfəri olur[4][5][1].

Baş tutan danışıqlar və imzalanmış ikitərəfli sənədlər hər iki ölkənin çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətlərinin ciddiliyinə, Özbəkistan-Braziliya münasibətlərini uzunmüddətli tərəfdaşlıq səviyyəsinə köçürmək istəyinə dəlalət edir. Özbəkistan Braziliya ilə əlaqələrin dərinləşdirilməsinə böyük maraq göstərir. Ölkə Braziliyanın bioyanacaq sintezi texnologiyaları və pambıq tullantılarının təkrar emalı sahəsində təcrübəsi ilə maraqlanır. Çünki Özbəkistan (Braziliya kimi) ən böyük pambıq istehsalçılarından biridir (dövlət dünyanın ən böyük pambıq ixracatçısı olan üçüncü ölkədir)[1][6]. Özbəkistan eyni zamanda əlvan metal, gümüş, qızıl və qaz ixracatçısıdır. İki ölkə kənd təsərrüfatı, enerji, mineral ehtiyatlar, elm, turizm və idman sahələrində əməkdaşlığın inkişafında maraqlıdırlar. 2009-cu ildə Braziliya və Özbəkistan arasında 8 əməkdaşlıq müqaviləsi imzalanmışdır. İki ölkə arasında parlament əlaqələrinin intensivləşdirilməsinin zəruriliyi[7] və "Braziliya-Özbəkistan dostluq qruplarının" yaradılması vurğulanmışdır.

Özbəkistanın səfiri İlxom Nemətov 2012-ci ilin dekabrında Braziliyaya səfəri zamanı Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinə ölkənin neft, qaz, mədən sənayesi, avtomobil sənayesi və Braziliya investisiyalarında maraqlı olduğunu söyləyir[8]. Petrobras ilə ortaq olaraq Braziliyada benzinlə birlikdə avtomobillər üçün yanacaq kimi geniş istifadə olunan Braziliyanın etanol proqramı ilə tanış olmaq niyyətini bildirir. 2013-cü ildə Daşkənddə Braziliya səfirliyinin və Brasilia şəhərində Özbəkistan səfirliyinin açılması planlaşdırılır[9].

Ölkələr arasındakı münasibətlər xarici əlaqələr agentlikləri səviyyəsində davam etdirilir. Xüsusilə 2011-ci ilin dekabr ayında Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyət Braziliyaya səfər edir. Xarici İşlər Nazirliyində və Braziliya Texniki Əməkdaşlıq Agentliyində görüşlər keçirilir. Burada ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilir. 2012-ci ilin iyun ayında Rio-de-Janeyroda BMT-nin Davamlı İnkişaf Konfransında iştirak edən Özbəkistan nümayəndə heyətinin səfəri baş tutur. 2013-cü ildə Braziliya ilə Özbəkistan arasında 28 may 2009-cu ildə Brasiliyada imzalanan mədəni əməkdaşlıq haqqında bir müqavilə Prezident Dilma Rusef tərəfindən elan və təsdiq edilir[10]. Braziliya ilə Özbəkistan arasında aqrar sahəsində əməkdaşlıq da təsdiqlənir[11]. Mütəxəssislər, alimlər və təcrübəçilər mübadiləsi, texniki səfərlər və seminarlar planlaşdırılır. Müqavilə iki ölkə arasında ticarətin inkişafına töhfə verəcək ticarət yarmarkalarının, sərgilərin və digər tədbirlərin birgə keçirilməsini nəzərdə tutur.

21 oktyabr 2019-cu ildə Özbəkistan Xarici İşlər Naziri Abduləziz Kamilov, iqamətgahı Moskvada olan fövqəladə və səlahiyyətli səfir Tovar da Silva Nunesi qəbul edir[12].

Əməkdaşlığın yeni mərhələsi[redaktə | mənbəni redaktə et]

17 avqust 2015-ci il tarixində Özbəkistan Hökuməti ilə Braziliya Hökuməti arasında iqtisadi və ticari əməkdaşlıq haqqında Saziş qüvvəyə minir. Braziliya ilə Özbəkistan arasındakı ticarət artım potensialına malikdir. Artıq 2012-ci ildə ticarət dövriyyəsi 22,8 milyon ABŞ dollarına çatır. 2018-ci ildə Braziliya ilə Özbəkistan arasında ticarət, tarixdəki ən yüksək həddə 38.37 milyon ABŞ dollara çatır. Bununsa 38.17 milyon ABŞ dolları Braziliyanın payına düşür. Xüsusilə Braziliyadan Özbəkistana şəkər və avtomobil hissələri ixrac edilir.

İdman[redaktə | mənbəni redaktə et]

Özbəkistan 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında iştirak edir. Özbəkistan komandası 4 qızıl, 2 gümüş və 7 bürünc medal olmaqla 13 medal qazanan 70 idmançı ilə təmsil olunur. Son medal sıralamasında komanda 21-ci yeri tutur[13].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "República do Uzbequistão" (portuqal). Ministério das Relações Exteriores. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  2. "Выступление президента Шавката Мирзиёева.2019-08-31" (rus).[ölü keçid]
  3. "Descobrimento do Brasil" (portuqal). 2015-04-22. 2015-12-21 tarixində arxivləşdirilib.
  4. "Узбекистан-Бразилия:новые перспективы для взаимовыгодного сотрудничества" (rus). Информационно-аналитический центр правительства Узбекистана. 2009-05-29. 2016-03-05 tarixində arxivləşdirilib.
  5. "«К итогам официального визита Президента Республики Узбекистан Ислама Каримова в Федеративную Республику Бразилия»" (rus). Посольство Республики Узбекистан. 2009-06-02. 2016-04-07 tarixində arxivləşdirilib.
  6. "Guia tecnico ambiental da industria textil" (PDF) (portuqal). Sistema FIEMG. 2016-11-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-12.
  7. "«Uzbequistão quer intensificar as relações com o Brasil»". CEIRI Newspaper. 2012-12-13.[ölü keçid]
  8. "«Uzbequistão-quer-investimentos-brasileiros»". Câmara dos Deputados. 2012-12-05. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  9. "Credn noticias" (portuqal). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  10. "Casa civil. Assuntos Jurídicos" (portuqal). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  11. "Сomissão aprova acordo com Uzbequistão para desenvolvimento agrícola" (portuqal). JusBrasil. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013.
  12. "Встреча с послом Бразилии" (rus). Министерство иностранных дел Узбекистана. 2015-08-24.[ölü keçid]
  13. "Соглашение вступило в силу" (rus). Министерство иностранных дел Узбекистана. 2015-08-24.[ölü keçid]