İslam Əbdülqəniyeviç Kərimov (özb. Islom Abdugʻaniyevich Karimov, Ислом Абдуғаниевич Каримов; 30 yanvar 1938[1][2][…], Səmərqənd[1] – 2 sentyabr 2016[3][1][…], Daşkənd[1]) — Özbəkistan Respublikasının 1-ci Prezidenti (1990–2016).
İslam Kərimov | |
---|---|
özb. Islom Karimov | |
24 mart 1990 – 2 sentyabr 2016 | |
Baş nazir | Şavkat Mirziyayev |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Niqmatilla Yoldoşev (s.i.) Şavkat Mirziyayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1938[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 2016[3][1][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Həyat yoldaşı | Tatyana Kərimova |
Uşaqları | |
Dini | sünni islam |
Hərbi xidmət | |
Qoşun növü | Özbəkistan Silahlı Qüvvələri |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
fondkarimov.uz | |
Vikianbarda əlaqəli mediafayllar |
İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olub. Atası özbək, anası tacikdir. 1941-ci ildə uşaq evinə verilən İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır, lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.
Universiteti bitirdiyi il "Taşselmaş" zavodunda usta köməkçisi kimi işləməyə başlayır. 1961–1966-cı illərdə "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.
1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir.[4] 1983-cü ildə onu Özbəkistan SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986–1989 illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989–1991) olub. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi. 1990-cı ildən ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik etmişdir.
İslam Kərimov avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar matəm elan olunmuş, bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə Səmərqənddə dəfn edilmişdir.
İslam Kərimovun xarici siyasəti izolasionist sayılır.[5]
=== Azərbaycanla münasibəti[mənbə göstərin] ===
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
İslam Kərimov siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olmuşdur. MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməmişdirlər. İndiyə qədər də Özbəkistanın İrəvanda Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |