Braziliya Antarktikası

Braziliya Antarktikası (port. Antártida Brasileira) — Antarktikanın 60° paraleldən başlayaraq cənub qütbünə uzanan, 28° və 53° q.u arasında yerləşən bölgə.

Braziliya Antarktikası
pt/Antártida Brasileira
Bayraq
Bayraq
Əhalisi
 • Əhali 0 (elmi işçilər) nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1958-ci ilin aprelində Braziliyanın Xarici İşlər Nazirliyi Antarktidada 34°40′ - 53°20′ q.u arasında yerləşən əraziyə iddia sürməsini açıq şəkildə planlaşdırır[1]. Ancaq bu yalnız plan olaraq qalır.

Braziliya 16 may 1975-ci ildə Antarktida haqqında konvensiyanı imzalamaqla öz iddialarına zmin yaradır[2] Ancaq 1986-ci ildə Braziliya Antarktikası Braziliya maraq zonası olaraq adlandırılır. Fərqli cəhət odur ki, Braziliya rəsmi olaraq ərazi iddiası irəli sürməmişdir. Braziliya Antarktidası ərazi olaraq Argentina AntarktikasıBöyük Britaniyanın Antarktika əraziləri ilə kəsişir.

Braziiiya hər il Antarktidadakı mövcudluğunu güçləndirir. 1984-cü ildən burada "Komandante Ferras" qütb stansiyası fəaliyyətə başlamışdır. 2008-ci ildə bölgəni Braziliya prezidenti Luis İnasui Lula da Silva ziyarət etmişdir[3]. 2005-ci ilin fevralında Kraliça Mod Torpağını Norveç kraliçası Sonya[4] ziyarət etməsinə baxmayaraq, kraliça rəsmi dövlət başçısı sayılmadığından Silvanın Antarktidada olmuş ilk dövlət başçısıdır. Prezidentin ziyarətindən bir ay öncə stansiyanı 13 braziliyalı deputatda ziyarət etmişdir[5]. 2012-ci ildə stansiyada yanğın olmuşdur[6].

  1. "Braziliyanın Antarktikadakı planları". 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  2. Antarktida Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine (isp.) (Yoxlanılıb 6 mart 2013)
  3. Braziliya Antarktikada güçlənir Arxivləşdirilib 2008-04-20 at the Wayback Machine // MIGnews 18.02.2008
  4. "Şimal və qütb rayonları. Ətraf mühitin qorunması". 2008-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  5. "Parlamentares que visitaram a Antártida já estão no Brasil". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  6. "Antarktidada Braziliyaya məxsus sransiya yanmışdır". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.