Argentina Antarktikası — AntarktikanınArgentina tərəfindən iddia olunan bölgəsi. isp.Antártida Argentina. Özündə Antarktik yarımadası və üçbucaq bölgəni əhatə edir. Atlantik okeanından başlayaraq Cənub qütbünə qədər uzanır. Bölgə 25° q. u. 74° q. u. arasında yerləşir. Argentina Antarktikası Odlu Torpaq, Antarktida və Cənubi Atlantika vilayətinin departentidir.
ArgentinaAntarktikanın araşdırılmasına 1901-ci ildən başlamışdır. Burada ilk Argentinaya məxsus stansiya olan Orkados 1904 ildə yaradılmışdır. İlk dəfə cənub qütbünə isə səyahət 1965-ci il 10 əsgər tərəfindən təşkil edilmişdir (komandan Xorxe Е. Lealya).
Argentina Antarktikasında demək olar ki, qütb stasiyalarının böyük qismi yerləşir. Cənub qütbünə ən yaxın stansiya isə II Belqranodan 1450 km cənubda yerləşir. Əsas nəqliyyat vastələri: ARA Puerto Deseado (Q-20) və ARA Suboficial Castillo (A-6) (gəmi), ARA Almirante Irízar (Q-5) (2007 ildəki yanğınla əlaqədar təmir olunmuşdur), Lockheed C-130 Hercules və De Havilland Canada DHC-6 Twin Otter təyyarələri.
Marambio / Base Marambio, (64°14′ c. e. 56°37′ q. u.HGYO), laboratoriya və meteoloji stansiya (uzunluğu 1,2 km, eni 30 m, 1969 il), Seymur adası / ing.Seymour Island / isp.Isla Marambio.