Brendon Hartli

Brendon Hartli (ing. Brendon Hartley, d. 10 noyabr 1989, Palmerstoun-Nort) — Yeni Zelandiyalı avtoyarışçı, Porşe Team-da dözümlülük yarışında iki dəfə dünya çempionu (2015[1], 2017[2]), "24 Saat Le Man" yarışının qalibi (2017). 2017-ci ildən Toro Rosso ilə Formula 1-ə gəlmişdir.

Brendon Hartli
ing.Brendon Hartley
Doğum tarixi (34 yaş)
Doğum yeri Palmerston-Nort, Manavatu-Uanqanui, Yeni Zelandiya
Ölkə Yeni Zelandiya Yeni Zelandiya
Maşın №28
Komanda Toro Rosso
Formula 1 karyerası
Yarış sayı 8
Birincilik 0
Cəmi xal 1
Poul sayı 0
Podium 0
Rekord dərəcə 0
Birinci yarış 2017 ABŞ Qran Prisi
Mövqeyi 19-cu (2 xal)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hartli 2007-ci ildə Avrokubok Formula Reno 2.0-ı qazandı

Hartli motorlu idmanla yaxından əlaqəli olan ailədə dünyaya gəldi. Atası Brayan bir çox müsabiqədə, məsələn Formula Atlantikdə yarışırdı. Hartli altı yaşında karyerasına qardaşı Nelsondan sonra kartinqlə başladı. Altı il sonra gənc Yeni Zelandiyalı ilk mövsümünü yeddinci yerdə tamamladı. 2003-cü ildə, 13 yaşında, o Formula-Ford Festivalını qazandı.

Formula Toyota Yeni Zelandiya mövsümündən sonra Hartli Avropaya getdi, Formula-Reno Avropa KubokundaFormula Reno Şimali Avropa Kubokunda (NEC) yarışdı. Yeni Zelandiyalı fərdi rəqabəti müvafiq olaraq on dördüncü və onuncu bitirmişdir, Anderstorpda podiuma çıxmışdır. İkinci il üçün Formula Reno Avropa Kubokunda qaldı, lakin NEC-i buraxıb İtaliya çempionatında çıış etdi. Eyni il Avropa Kubokunda 3 qələbə ilə çempionluq adını qazandı. 2007-ci ildə Hartli Formula 3 Masters-də ilk dəfə çıxış etdi. O sonda dördüncü oldu. O, həmçinin Yeni Zelandiya ilə A1 ilə testlər keçirmiş və bu seriyada ən yaxşı yeni oyunçu olmuşdur.

2008-ci ilin fevral ayında, 18 yaşına çatdıqdan sonra, Hartli ilk testlərini Formula-1-də aparıb. O Riyadda Red Bull Racing-ə dəvət edildi. Daha sonra Toro Rosso STR3 yeni bir avtomobil üzərində üç gün sınaq keçirdi.

2008-ci ilin noyabr ayında testdə Red Bull RB4 üçün Sebastien Buemi ilə yanaşı, Mark Uebberi əvəz etdi.

Formula-1də Ostin-2017-də Pyer Qaslini əvəzləyərək debüt etdi.[3]

  1. "Уэббер выиграл чемпионат WEC, Русинов — чемпион в LMP2 — Чемпионат". Чемпионат.com. 2015-11-21. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
  2. "Брендон Хартли и Porsche досрочно стали чемпионами WEC 2017 года". Autosport.com.ru. 2017-11-05. 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
  3. Buemi, Hartley to cover for Webber — F1 | ITV Sport Arxiv surəti 16 mart 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-03-16 at the Wayback Machine