Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992[1][2]) — amerikalı pornoaktrisa.
Brenna Sperk | |
---|---|
Doğum tarixi | 2 fevral 1992[1][2] (32 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | pornoaktrisa, zəng qızı, erotik model[d] |
Boyu | 168 sm[3][2] |
IMDb | ID8724645 |
brennasparks.com |
2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi.[4] Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi.[5][6] Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı.[6] Daha sonra pornoqrafiya sənayesinə daxil oldu.[7] 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı.[8]
Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi.[8][9]
2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.[10] Hələki qazandığı mükafat yoxdur.
Pornoqrafiya sənayesindən əlavə kriptovalyutaların istifadəsini təbliğ edir.[11]
Bu günə qədər aktrisa olaraq 120-dən çox filmdə yer aldı.[8]
Filmlərindən bəziləri Asian Nuru Massage,[12] Broke College Girls,[13] Crazy Asian GF's 8,[14] Dirty Secrets POV.,[15] Full Service POV 12,[16] Hooked on Big Tits,[17] Little Asians 2,[18] My First Asian Lesbian,[19] Pho'king Asians[20] və Teen Kittens[21]