Brinks otelinin partladılması

1964-cü il Brinks otelinə bombalı hücumVyetnam müharibəsi zamanı 24 dekabr 1964-cü ildə, Cənubi Vyetnamın Hoşimin şəhərində, Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi) tərəfindən həyata keçirilən Brinks otelinə bombalı hücum.

Brinks otelinin partladılması
"Brinks" oteli partlayışdan sonra
"Brinks" oteli partlayışdan sonra
Ümumi məlumatlar
10°46′10″ şm. e. 106°40′55″ ş. u.HGYO
Yeri Hoşimin
Tarix
  • 24 dekabr,1964-cü il
  • 17:45
Hücum metodu bombalı hücum
Ölü sayı 2
Yaralı sayı 53—63
Terrorist sayı 2
Terrorist(lər) Cənubi Vyetnam partizanları
Törədən(lər) Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi)

Biri zabit, digəri komisssar olan iki amerikalı Amerika ordusuna ev sahibliyi edən otelin altındakı avtomobildə iki Vyetqon casusunun qoyduğu bomba partlaması nəticəsində öldü, hərbçi və Vyetnam mülki vətəndaşları da daxil olmaqla altmış nəfər insan hücum nəticəsində xəsarət aldı.

Vyetnam komandirləri hücumu iki məqsədlə planlaşdırdılar. Bunlardan birincisi;yaxşımüdafiə olunan paytaxtdakı Amerika institutuna hücum edərək, ABŞ-nin Şimali Vyetnama hava hücumuna başladığı halda, Cənubi Vyetnamdakı hücum imkanlarını göstərmək idi. İkincisi isə; Cənubi vyetnamlılara amerikalıların zəif olduqlarını və qorunmaq üçün onlara etibar edə bilməyəcəklərini göstərmək.[1][2]

Hücum ABŞ prezidenti Lindon Conson administrasiyasında mübahisələrə səbəb oldu. Bir çox məsləhətçi Şimali Vyetnamın bombalanması və ABŞ Ordusunun döyüşə girməsini müdafiə edərkən, Conson, Cənubi Vyetnamı Vyetkonqa qarşı qorumaq üçün hazırkı Vyetnam Respublikası ordusunun təlim strategiyasına üstünlük verdi.

Arxa plan və planlama

[redaktə | mənbəni redaktə et]

II Dünya müharibəsindən sonra kommunist quruluşlu olan Vyet Minh (Vyrtnam Beynəxalq Qurtuluş Cəbhəsi),Vyetnamın müstəqilliyini qazanmaq üçün fransız müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Fransız müstəmləkə qüvvələrinin Hindçin müharibəsində məğlubiyyətindən sonra ölkə 1954-cü ildə 17-ci paralel boyunca ikiyə bölündü.[3][4] 1956-cı ildə keçirilən seçkilər Vyetnamın iki hissəsini yenidən birləşdirmək üçün cəhd kimi qəbul edilirdi, lakin bu seçkilər ləğv edildi və nəticədə Vyetnamda iki dövlətin mövcud olduğu bir dövrü meydana gəldi: kommunist Şimali Vyetnam və anti-kommunist Cənubi Vyetnam.[5] 1950-ci illərin sonlarında Şimali Vyetnam hakimiyyətinin dəstəyi ilə bir qrup Cənubi Vyetnam partizanları ölkəni zorla kommunist hakimiyyəti altında birləşdirmək məqsədi ilə üsyana başladılar.[6] Soyuq müharibə özünün ən yüksək mərhələsinə qədəm qoymuşdu, buna görə də Cənubi Vyetnamın əsas müttəfiqi olan ABŞ şimala qarşı mübarizədə Vyetnam Respublikası ordusuna təlim keçmək və istiqamətləndirmək üçün ölkəyə hərbi məsləhətçilər göndərdi.[7] 1964-cü ilə qədər Cənubi Vyetnamda artıq 23 min amerika hərbçisi va idi və kommunistlər amerikalılara Cənubi Vyetnamın işğalçıları kimi baxdılar.[1]

Bombalı hücumu yaralanmayan və heç vaxt tutulmayan iki Vyetkonq kəşfiyyatçısı tərəfindən həyata keçirildi. Müharibə bitdikdən sonra Nquyen Thanh Xuan tarixçi Stenli Karnoua hücumdakı rolu haqqında danışdı. Noyabr ayının sonunda Xuan və yoldaşı Vyetkonq agentindən Brinks otelini bombalamaq əmri aldı. Leytenantlar və mayorlar da daxil olmaqla ABŞ ordusunun zabitləri binada qaldılar,[8] bundan əlavə, işdən kənar işçiləri axşam yeməyində, binanın damında idilər.[9] Altı mərtəbəli bina da 193 yataq otağı var idi.[10] Vyetkonqlu ikili çöldəki izdihama qarışaraq hədəflərini bir ay izlədilər. Cənubi Vyetnam zabitlərinin Amerikalılarla qarışdığını görən ikili, Sayqon qara bazarına yaxınlaşmalarına imkan verəcək Vyetnam Respublikasının Ordusunun formalarını təmin etdilər. Xuan sürücü, dostu isə Cənubi Vyetnamlı mayor qılığına girdi. Zabitlərə qarışdı və onların davranışlarını, danışıq tərzini, hətta siqaret çəkmək tərzlərini belə eynilə tətbiq etdi. Daha sonra cütlük hücum üçün lazım olan iki avtomobili və partlayıcı maddəni təmin etdilər.[1][2]

Vyetnam komandirləri hücumu iki məqsədlə planlaşdırırdı. Birincisi, yaxşı qorunan paytaxtdakı bir Amerika qurumuna hücum edərək,ABŞ-nin Şimali Vyetnama hava zərbəsi endirəcəyi təqdirdə,Cənubi Vyetnamdakı hücum qabiliyyətlərini nümayiş etdirmək idi. İkincisi, Cənubi Vyetnamlılara amerikalıların zəif olduqlarını və qorunmaq üçün onlara etibar edə bilməyəcəklərini göstərmək idi.[1][2] Xuan,"Amerikalılar tərəfindən törədilən bütün cinayətlərin bu mərkəz tərəfindən idarə edildiyini" dedi.[11] Xuan,Milad bayramı münasibətilə binadakı Amerikalı zabit sayının daha çox olacağını və bu səbəbdən ölən və yaralananların adi bir gündən daha çox olacağını düşünürdü.[11]

Bombardmançılar avtomobillərdən birinin baqajında ​​90 kiloqramlıq bombanı gizlədərək, bombanın saatını, əsgərlərin içki içib əyləndikləri saata 17:45-ə qurdular. Hər ikisi avtomobili otel yaxın saxladı. Amerikalı polkovnikin ABŞ-yə döndüyü məlumatını öyrənərək, ikilidən mayor geyimində olanı otel işçisinə Da Latdan gələn polkovniklə görüşü olduğunu söylədi. Zabit polkovnikin ölkəni tərk etdiyini düzgün söyləsədə, ancaq "mayor" ona səhv etdiyini söyləyərək israr etdi. Daha sonra "mayor" "sürücüsünə" avtomobilini otelin qarajına qoyub, polkovniki başqa bir avtomobildə götürməsini söylədi. Daha sonra oteldən çıxan "mayor" təhlükəsizlik işçilərindən polkovnikə gələndə onu gözləməsini xahiş etdi və bütün günü yemək yemədiyini, buna görə yaxınlıqdakı bir kafeyə gedib yemək yeyəcəyini bildirdi.[1][2]

"Mayor" yeməkdə ikən bomba partladı və iki Amerikalı zabit öldü.[1][2][10] Hücum nəticəsində ölən ilk şəxs iyirmi ildir orduda olan podpolkovnik Ceyms Robert Haqen idi.[12] İkinci qurban 23 yanvar 1965-ci ildə aldığı xəsarətlərdən vəfat edən 20 ildir orduda çavuş olan Benjamin Beltra Kastaneda idi.[13]

Müxtəlif mənbələrdə yaralıların qeydləri üst-üstə düşmürdü. Karnou 58 nəfərin (əsgər və mülki şəxsin)[1] yaralandığını bildirərkən, Mark Moyar 38 Amerikalı hərbi personalın və 25 Vyetnamlı mülki şəxsin,[10] jurnalist A. J. Lanqqas 10 Amerikalı və 43 Vietnamlının yaralandığını bildirdi.[2] Binanı dəstəkləyən polad şüalar xaricində alt mərtəbələr tamamilə yerlə bir olmuşdu. Lap altdakı digər dörd mərtəbədə də kiçik dəliklər var idi və xeyli ziyan dəyməsinə baxmayaraq, dağılmadılar. Partlayış yeraltı avtomobil dayanacağında qaz dolu boruları olan yük maşınlarının olması səbəbindən daha ciddi ziyanlara səbəb oldu. Partlayış qazı da partlatdi və nəticədə atəş topu meydana gəldi.[10] O zaman Bob Houp da daxil olmaqla nümayişçilər Amerika heyətini əyləndirmək üçün Sayqonda idilər. Houpun bir hədəf olub olmadığı aydın deyildi;Moyar Houpun bir hədəf olduğunu, bununla birlikdə, baqaj problemi səbəbindən hava limanında gecikdiyini bildirdi; Lourens J. Kuirk, Hope və qrupunun küçədəki başqa bir oteldə qaldıqlarını və partlayış nəticəsində zərər görən ərazidə olmadıqlarını söyləyir.[14]

Maksvell Teylor, ABŞ-nin Cənubi Vietnamdakı səfiri, cavab olaraq Şimali Vyetnama hava zərbələri istəmişdi.

Hücum, Sayqonun Cənubi Vyetnam hökumətinin nəzarəti altında olduğunu və Vyetnamın yalnız kənd yerlərində bir təhlükə olduğunu düşünən Amerika rəsmiləri və siyasətçilərini təəccübləndirdi.[15] Devrilmədən öncə qısa bir müddət idarəçilikdə qalan əsgəri xuntaların o dövr üçün sonuncusu son zamanlarda gerçəkləşmiş olduğundan Cənubi Vyetnam rəhbərliyi istiqrarsız idi.[16] Daxili qarşıdurma ABŞ-nin Cənubi Vyetnamdakı səfirini və xuntanın yüksək rütbəli zabitləri arasındakı qarşıdurmanın müharibədəki səylərini ləğv etdiyinə inanan keçmiş baş qərargah rəisi Maksvell Teyloru əziyyətə saldı.[2] Bombalı hücuma iki həftə qalmış generallar, mülki məsləhət orqanı olan Ali Milli Şuranın dağılması ilə Teylorun generalları ofisinə yığılmasına səbəb oldu. Səfir daha sonra generalları sərt tənqid etdi və prezident General Nquyen Xan, ona etibar etmədiyi üçün istefa və sürgün tələb etdi.[2][17][18][19] Xan Teyloru ölkədən çıxarmaqla təhdid etdi, Teylor isə məcburi getməsinin ABŞ-nin Cənubi Vyetnama dəstəyinin sona çatması demək olduğunu bildirdi.[17] 22 dekabrda Xan Vyetnam radiosuna "digər ölkələrin siyasəti üçün deyil, xalqın müstəqilliyi və vyetnamlıların azadlığı uğrunda qurban verdiklərini" söylədi.[19][20] 23 dekabrda New York Herald Tribununda yayımlanan bir müsahibədə Xan açıq şəkildə Teyloru açıq şəkildə topa tutdu[17][20] və hücum günü müstəqilliklərini elan etdi.[10] Bu vaxt Xan kommunistlərlə gizli şəkildə danışıqlar aparırdı və birlikdə barışıq qurub amerikalıları Vyetnamdan qovmağı ümid edirdi. Nəticədə, Vietnkonq radio yayımı ilə hücuma görə məsuliyyət daşıdığını elan etsə də,[21] hücumun arxasında müəyyən bir azlıq olan Xan və zabitləri dayandı.[2]

Teylor, ABŞ-nin Cənubi Vyetnam ordusunun başçısı general Uilyam Vestmorlənd və Sayqon və Vaşinqtondakı digər zabitlər, prezident Lindon Beyns Consondan Şimali Vyetnama cavab hava hücumlarına icazə vermələrini tələb etdilər. Teylor, Milad günü (25 dekabr) günü Vaşinqtona:"İndiki çətinliklərimizə baxmayaraq, Hanoi, kağızdan hesab etdiyi pələngin hələ də dişli olduğunu və ABŞ-nin bu bölgədəki təsirinin artacağını görəcəkdir Bəzi döyüşlərimiz, ehtimal ki, hərəkətlərimizin tələbi səbəbiylə sona çatacaq "dedi.[2][21] Teylor, Xan xuntası ABŞ arasındakı düşmənçiliyi əsas gətirərək təkbaşına belə bir hərəkət etməsini tövsiyə etdi.[2]

Conson ABŞ-dəki məsləhətçilərini Milad günü müzakirə üçün Texasdakı bağ evinə dəvət etdi. Dövlət katibi Din Rask və Müdafiə katibi Robert Maknamara Consona Teylorun təklifini rədd etməsini təklif etdi.[21] Conson hava hücumunu həyata keçirmək istəmədi; çünki Milad dövründəki bir gərginliyin insanlara çox böyük təsir edəcəyini düşünürdü.[1] Conson, Sayqondakı qeyri-sabitlik üzündən beynəlxalq ictimaiyyət və Amerika xalqının bu hücumun arxasında Vyetqonqun dayandığına inanmayacağını və bunun əvəzinə yerli daxili qarşıdurmaları əsas tutacaqlarını da qeyd etdi.[16] Bu, Vyetkonqun artıq məsuliyyəti öz üzərinə götürdüyünə zidd idi.[21] Conson administrasiyası səlahiyyətliləri, hücumdan dörd gün sonra Vyetkonqun cavabdeh olduğu qənaətinə gəldilər.[16][21] Conson, hər hansı bir cavab hücumu üçün çox gec olduğuna və hadisədən 36 saat sonra bir hücumun səbəbsiz olacağına inanırdı. Xarici İşlər Nazirliyi, Teylor və səfirliyə, "Sayqondakı geniş narahatlıqları nəzərə alaraq,ABŞ-nin hava zərbələrinə xalqın reaksiyası, Conson administrasiyasının Cənubi Vyetnamdakı daxili böhrandan çıxmağa çalışmasıdır" deyə teleqraf göndərdi.[16] Conson Teylora: "Hər zaman bir hərbi əməliyyat üçün məsləhət alanda, böyük bir bombardman tələb olunduğunu hiss edirəm" deyə bildirdi. "Bu müharibənin havadan qazana biləcəyini heç düşünməzdim" dedi.[16] O zaman Conson, zabitlərin zamanla siyasətə çevrilmiş bir strategiya olan Şimali Vyetnamın kütləvi bombardman edilməsi təklifini qəbul etmək istəmirdi.[16]

1965-ci ilin yanvarında, Vyetkonq gizli şəkildə Cənubi Vyetnamda üçüncü konfransını keçirdi və cavab ala bilməyərək ABŞ-nin "Şimali Vyetnama hücum etmək və ya Cənubi Vyetnamı qorumaq iradəsindən məhrum olduğu" qənaətinə gəldi.[22] O zaman Şimali Vyetnam Cənubi Vyetnama silah və əsgər göndərilməsini qətiyyətlə rədd etdi. Əslində hər iki tərəf bir-birinin sərhədlərinə soxularaq düşməncə hərbi fəaliyyət göstərərək Cenevrə konfransı (1954) qaydalarını pozurdular.[2][23] Bu vaxt,1964-cü ilin noyabrında Cənubi Vyetnam rəhbərliyi mətbuata senzura tətbiq etdi və kommunistlərlə işbirliyi üçün on qəzeti bağladı.[24]

Hücum Amerika siyasətçilərinin kommunist hücumlara qarşı inamsızlığını yaratdı. Conson, bölgədə ABŞ hərbi müşavirlərinin və personalının olmasının Vyetnam Respublikası Ordusunu gücləndirmək üçün yetərli olacağına ümid edirdi; lakin Müdafiə Nazirliyindəki məsləhətçiləri ABŞ əsgərinin döyüşməli olduğunu düşünürdülər.[15] Bu, prezidentin mülki və hərbi məsləhətçiləri arasında gərginliyi artırdı,[25] sonradan ABŞ əsgərləri 1965-ci ildə müharibədə iştirak etməyə başladı. ABŞ Ordu Korpusundan Deyvid Taker "hücumun adi tarazlıq üçün deyil, düşmənin mərkəzində olan siyasi səy üçün vacib" olduğunu söylədi (Vyetkonq).[26] Otel təmir edildi və Amerikalı əsgərlər kommunistlər 30 aprel 1975-ci ildə Sayqonu tutana qədər orada qaldılar.[27]

  1. 1 2 3 4 5 6 7 8 Karnow, a.g.e., sf. 423
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Langguth, a.g.e., sf. 326–327.
  3. Jacobs, pp. 40–56.
  4. Karnow, pp. 210–214.
  5. Jacobs, pp. 90–100.
  6. Jacobs, pp. 102–104.
  7. Jones, Matthew. Conflict and confrontation in South East Asia, 1961–1965: Britain, the United States, and the creation of Malaysia. Cambridge University Press. 2002. səh. 205. ISBN 0-521-80111-7.
  8. . ISBN 1-4120-6057-5.
  9. . ISBN 1-55750-549-7.
  10. 1 2 3 4 5 Moyar, a.g.e., sf. 347.
  11. 1 2 "Arxivlənmiş surət". 2013-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-05.
  12. "Arxivlənmiş surət". 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  13. "Arxivlənmiş surət". 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  14. . ISBN 1-55783-353-2.
  15. 1 2 . ISBN 0-313-29271-X.
  16. 1 2 3 4 5 6 . ISBN 0-7735-1392-2.
  17. 1 2 3 Karnow, a.g.e., sf. 399
  18. Moyar, a.g.e., sf. 344–345.
  19. 1 2 Langguth, sf. 322–325.
  20. 1 2 Moyar, a.g.e., sf. 346.
  21. 1 2 3 4 5 Moyar, a.g.e., sf. 348.
  22. Moyar, a.g.e., sf. 485.
  23. Karnow, a.g.e., sf. 346–347, 378–379
  24. Moyar, a.g.e., sf. 334.
  25. . ISBN 0-520-25004-4.
  26. . ISBN 1-58487-254-3.
  27. . ISBN 0-19-513787-6.