Brokeback Mountain: Original Motion Picture Soundtrack

Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı.

'The Motorcycle Diaries
(2004)
Albomun üz qabığı
Albomun üz qabığı
Yayımlanma tarixi 1 noyabr 2005
Janr Kantri, Folk, soundtrek
Leybl Interscope Records
Prodüser BLAM, Craig Armstrong, Josh G. Abrahams, Marius De Vries, Steve Sharples
Albom xronologiyası
"Brokeback Mountain
(2005)
"
(2005)
"The Motorcycle Diaries
(2004)"

(2005)
"North Country
(2005)
"
 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
Allmusic 3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz[1]

"Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.[2]

Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi.

CD trek siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. "Opening" - Qustavo Santaolalla – 1:31
  2. "He Was a Friend of Mine" - Villi Nelson – 4:42
  3. "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32
  4. "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20
  5. "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53
  6. "Snow" - Qustavo Santaolalla – 1:18
  7. "The Devil's Right Hand"- Stiv Örl – 2:34
  8. "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06
  9. "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59
  10. "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12
  11. "I Will Never Let You Go" - Ceki Qrin – 1:55
  12. "Riding Horses" - Qustavo Santaolalla – 1:24
  13. "An Angel Went Up in Flames" - The Gas Band – 2:36
  14. "It's So Easy" - Linda Ronstadt – 2:27
  15. "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14
  16. "The Maker Makes" - Rufus Ueynrayt – 3:50
  17. "The Wings" - Qustavo Santaolalla – 1:52

"The Wings" CD sinqlı üçün trek siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix)
  2. "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix)
  3. "The Wings" (Manny Lehman Remix)

Tam soundtrek siyahısı

[redaktə | mənbəni redaktə et]

Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu:

  1. "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları
  2. "Focus Features fanfara" – Ekranda Focus Features titrları
  3. "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları
  4. "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir
  5. "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər
  6. "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar.
  7. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür
  8. "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir
  9. "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53)
  10. "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər.
  11. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır
  12. "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
  13. "Harmonica #2" - Qustavo Santaolalla – Cek atın üstündə riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53)
  14. "Crying in Alley" - Qustavo Santaolalla – Ennis Signalda olarkən, qarın nahiyyəsində ağrı baş verir
  15. "Snow" - Qustavo Santaolalla – Ennis və Alma xizək sürürlər; Ennis və Timmi asfalt qoyurlar; Alma və Ennis teatrda filmə baxırlar
  16. "Jukebox" - Ken Strange, Randall Pugh, Ron Guffnett – Cekin 1964-cü ildə Signala gələrkən, onun pikapının radiosunda səslənən musiqi
  17. "Trust in Lies" - The Raven Shadows featuring Tim Ferguson – Cek Cimbodan pivə almağa çalışır
  18. "I Will Never Let You Go" - Jackie Greene – Cek rodeo rəqslərində Lurinlə tanış olur.
  19. "No One's Gonna Love You Like Me" - Mary McBride/Santaolalla – Cek və Lurin rodeoda rəqs edirlər
  20. "All Night Blues" - The Raven Shadows – Mahnı Lurinin avtomobilin maqnitolasında səslənir.
  21. Music box tune – uşaq otağında səslənən musiqi
  22. "Post Office" - Qustavo Santaolalla – Ennis Cekə məktub göndərir
  23. "Kiss" - Qustavo Santaolalla – Ennis və Cek Rivertonda yenidən görüşürlər
  24. "Brokeback Mountain #2" - Qustavo Santaolalla – Alma ağlayır; Cek və Ennis çılpaq gölə tullanırlar.
  25. "Flashback" - Qustavo Santaolalla – Ennis Riç və Örlu təsvir edir
  26. "The Wings" - Qustavo Santaolalla – Alma və Ennis yelləncəkdə olan uşaqlarının gözü qarşısında dalaşırlar
  27. "Tractors" ("The Wings"-in versiyası) - Qustavo Santaolalla – Cek yeni kombaynı demostrasiya edir; Alma isə Cekin məktubunu oxuyur (1:13:55)
  28. "You Are Late" - Qustavo Santaolalla – Ennis yük maşınında gəlir, Cek ona "Sən gecikmisən" deyir.
  29. "King of the Road" - Roger Miller – Cek radioda verilən mahnını oxuyur.
  30. Roger Miller's version is heard in the film - Teddi Tompson və Rufus Ueyrayt
  31. "A Love That Will Never Grow Old" - Emmylou Harris – Cek Ennisi tək qoyaraq cənuba, şose ilə Meksika sərhəddinə yollanır
  32. "Quizas, Quizas, Quizas" - Rick Garcia – Cek Siudad Xuarezə gedir
  33. "Capriccio Espagnol Op. 34" - Nikolay Rimski-Korsakov, Slavonica filarmoniyasının dəstəyi ilə .
  34. "Mason Dixon Line" - Jeff Wilson – küçədə dava zamanı barda səslənən musiqi
  35. "Riding Horses" - Qustavo Santaolalla – Cek və Ennis atla gəzirlər
  36. "For What It's Worth" - Stephen Stills/Buffalo Springfield – Titrlarda mahnının adı verilir, ancaq real olaraq filmdə bu musiqi səslənmir.
  37. "The Devil's Right Hand" - Steve Earle – Ennis Kessi Kartraytla Riverton barda rastlaşır
  38. "It's So Easy" - Buddy Holly – Ennis və Kessi Riverton barda
  39. "An Angel Went Up in Flames" - The Gas Band – Uşaqların benefis dansında rəqs
  40. "I Don't Want to Say Goodbye" - Teddy Thompson – Cek Laşaunla benefisdə dans edir
  41. "D-I-V-O-R-C-E" - Tammy Wynette – Ennis, Kessi və Alma Jr. Riverton barda
  42. "Melissa" - The Allman Brothers – Ennis, Kessi və Alma Jr. Riverton barda
  43. "I'll Be Gone" - T. Gadsden/F. Peterson – Ennis avtomobildə həzin səslə ifa edilən musiqi dinləyir.
  44. "Brokeback Mountain #3" - Qustavo Santaolalla – Ennis və Cekin sonuncu görüşü.
  45. "Bigger Than My Body" - John Mayer- Cek həyatının səhnələrini yada salır
  46. "I'm Always on a Mountain When I Fall" - Merle Haggard- – Kessi avtobus stansiyasında Ennislə qarşılaşır
  47. "Jack Deceased" - Qustavo Santaolalla – Ennis Cekin öldüyünü öyrənir: onun Cekə yeni görüş barədə göndərdiyi açıqca yenidən ona, üstündə "Məktub alan şəxs ölüb" qeyd edilərək qaytarılır
  48. "The Dying Hobo/en:Big Rock Candy Mountain" (xalq mahnısının hər iki forması) – (1906-cı ilin lirik musiqisi).[3]
  49. "Closet" - Qustavo Santaolalla – Ennis Cekin şkafında iki köynək aşkar edir.
  50. "Eyes of Green" - Jeff Wilson – Musiqi kiçik Almanın Ennisin treylerində gələrkən radioda səslənirdi.
  51. "Ending" ("The Wings" versiyası) - Qustavo Santaolalla – Ennis şkafın yanında (2:06:56)
  52. "He Was a Friend of Mine" - Willie Nelson – Filmin sonundakı titrlarda
  53. "The Maker Makes" - Rufus Wainwright – Filmin sonundakı titrlarda
  1. Jurek, Thom. "Brokeback Mountain [Original Motion Picture Soundtrack]". Allmusic. Rovi Corporation. July 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2011.
  2. "Universal Music". New.umusic.com. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2013.
  3. "The Big Rock Candy Mountain" (notes/lyrics), Grahamqckr, 2001, webpage: AF-famoustramp Arxivləşdirilib 2020-02-01 at the Wayback Machine.