Nikolay Rimski-Korsakov (6 (18) mart 1844[1], Tixvin, Novqorod quberniyası[d][5][6][…] – 21 iyun 1908[2][3], Lyubensk[d], Sankt-Peterburq quberniyası[d][7][6][…]) — rus bəstəkar, pedaqoq və dirijoru, Qüdrətli dəstənin üzvü.
Nikolay Rimski-Korsakov | |
---|---|
rus. Николай Андреевичъ Римскій-Корсаковъ rus. Николай Андреевич Римский-Корсаков | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 (18) mart 1844[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyun 1908[2][3] (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Uşaqları | 7[4] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqişünas, avtobioqraf[d], musiqi pedaqoqu, musiqi nəzəriyyəçisi, universitet müəllimi[d], hərbi qulluqçu, librettoçu |
Janrlar | opera, simfoniya, klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyanın Novqorod əyalətində, 1844-cü ilin 18 martında dünyaya gələn rus bəstəkar Nikolay Rimski-Korsakov, XIX əsrdə yaradılmış 5 nəfərdən ibarət məşhur bəstəkar qruplaşmasının (“5”) əvəzedilməz üzvü olmuşdur. 12 yaşında hərbi-dənizçilik akademiyasına yazılan Nikolay, 15 yaşında pianino dərsləri almağa başlayır. 1861-ci ildə görüşdüyü M. Balakiryev (“5”dən 1-i) onu bəstəkarlığa daha da həvəsləndirir. 18 yaşında akademiyanı bitirdikdən sonra 3 illik dəniz səyahətindən təəssüratları (1862–1865), Korsakovun yazacağı operalarda da özünü göstərir. İlk peşəkar simfonik bəstəsini edərkən onun 21 yaşı var idi. 1873də hərbi-dəniz akademiyasını tərk edən Nikolay, 1 il sonra Peterburqda “3-cü simfoniya” ilə ilk peşəkar çıxışını reallaşdırır. 1886-1890cı illərdə Rusiya simfonik konsertlərinin baş icraçılığı ilə yanaşı, Paris Dünya Sərgisindəki (1889) rəhbərliyi ilə Rimski-Korsakov, ölümlərindən sonra həm Borodin, həm də Musorqski‘nin əsərlərinin işlənilib-tamamlanmasında böyük paya malikdir.
Nikolay Qoqolun əsərlərindən “May gecəsi”ni (1880-ci il), Ostrovski‘nin nağıllarından “Qar qızı” (1881-ci il) yazan Rimski-Korsakov, 1888ci ilə qədər durğunluq dövrünü yaşayır və heç bir nəzərəçarpan işə imza atmır. Çox vaxt bu periodun başlıca səbəbi kimi özünə rəqib gördüyü Çaykovskinin uğurları qeyd olunur, hansı ki, 1893cü ildə ölür və bu hadisədən sonra Nikolay ən yaxşı operalarını yazır: “Motsart və Salyeri” (1897-ci il) və “Çarın nişanlısı” (1898-ci il)… 1905-1907ci illərdə baş tutan siyasi çıxışlarda 100-ə qədər tələbəni dəstəkləmiş Rimski-Korsakov’un konservatoriya professorluğu və əsərləri bir müddət qadağan edilsə də, müəllim və tələbə heyətinin etirazlarından sonra yenidən öz vəzifəsinə qaytarılır.
1908ci ildə ölən bəstəkar arxasında 11 simfoniya, 15 opera, 3 instrumental və orkestral iş, 79 romans, 2 kolleksiya və çox sayda pianino əsərləri buraxmış, musiqiyə nəzəri yanaşan 3 də kitab yazmışdır. Rimski-Korsakov’un klassikanın ənənəvi texnikası ilə yerli folkloru harmoniyalaşdırdığı musiqisi bir çox bəstəkarlara yol göstərici olmuşdur.
1871ci ildə Peterburq konservatoriyasına başçılıq etmə təklifi, bəstəkarın nəzəri musiqi bazasının və hər hansı sistemli akademik biliyinin olmaması səbəbindən şübhəli görünsə də, Balakiryevin xüsusi təlimatları və Çaykovski‘nin məsləhətləri ilə bu vəzifəyə layiq görülür…
Nikolay Rimski-Korsakov Rusiya Musiqi cəmiyyətinin fəxri üzvlüyündən rəsmən imtina edir. 61 yaşlı bəstəkarı buna vadar edən səbəb inqilabçı tələbələrin təqibi idi.
Rimski-Korsakovu tanıtmaq üçün onun “Sadko”, “Motsart və Salyeri”, “Ölməz Kaşşey”, “Milad qabağı gecə”,"Qarqızı" operalarının adını sadalamaq bəlkə də yetərlidir. Yazan;Nadir zulfuqarli
Rusiyalı bəstəkar Nikolay Rimski-Korsakovun "Çar Soltan haqqında nağıl" operasındakı "Mozalanın uçuşu" ("Flight of the Bumblebee") orkestr intermediyasını 58,15 saniyəyə ifa etmiş Ben Li ekspertləri şoka salmışdı. Çünki mütəxəssislər bu intermediyanın ən sürətli ifasının 1 dəqiqə olduğuna əmin idilər.