Brutalizm

Hubert H. Humphrey Building, ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Nazirliyi qərargahı,Vaşinqton

Brutalizm (ing. Brutalism) — 20-ci əsrin əvvəllərinin müasir memarlıq cərəyanından yaranan və 1950–1970-ci ilin ortalarına qədər davam edən memarlıq cərəyanı. Brutalizm öz başlanğıcını ingilis memarları olan Elison və Piter Smitsonun layihələri və teoretik işlərindən götürür. Bu stil Avropanın demək olar ki, bütün ölkələrində, o cümlədən ABŞ, Kanada, Yaponiya, Braziliya, Skandinaviya dövlətləri və SSRİ-də yayılmışdı.

"Brutalizm" terminindən ilk dəfə Elison SmitsonPiter Smitson öz teoretik qeydlərində və məqalələrində istifadə etmişdilər.[1][2] Onlar bu məqalə və qeydlərdə 50-ci ilin əvvəllərində yaratdıqları memarlıq əsərlərini və fikirlərini izah edirdilər. Termin öz kökünü fransız dilindən ("béton brut" — "emal edilməmiş beton") götürülüb. Le Korbuzye bu terminin köməyi ilə müharibədən sonra tikilən binalarda tətbiq edilən fasad işlənməsi texnologiyasını təsvir edirdi. Termin britaniyalı memar-kritik Rayner Benemin "Yeni brutalizm — etika yoxsa estetika?" (1966) kitabının adı üçün istifadə ediləndən sonra geniş yayılmağa başladı. Benem öz kitabında, xüsusilə Avropada tikilən, müəyyən memarlıq tikintisinin xarakterini təsvir edirdi.

Boston,Massaçusets

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Estetik olaraq brutalizm 50–70-ci illərin Avropa modernizmi kontekstinə daxil edilir. Brutalist binalar adətən bütövlükdə aydın şəkildə formalaşmış və qruplaşmış xüsusi funksional zonaları ifadə edərək kütləni təşkil edən təkrarlanan modullu elementlərdən əmələ gəlir. Burada, beton, Beaux-Arts elit stilində tikilmiş, son dərəcə zərif və ornamentli binalarla kəskin kontrastlaşdırılaraq istifadə olunur. Monolit betonun səthləri onun tikintisinin əsas xüsusiyyətlərini, taxta lövhələrin fakturasını ortaya çıxarmaq üçün düzəldilmişdir. Brutalist tikinti materiallarına həmçinin kərpic, şüşə, polad, kobud yonulmuş daş və qabyonlar daxildir. Digər tərəfdən bütün brut-betonu göstərən binalar brutalist sayılmır və konstruktivizm, beynəlxalq stil, ekspressionizm, postmodernizmdekonstruktivizm kimi memarlıq üslublarına daxil ola bilər. Brutalistlərin məşhur mövzularından birinə misal olaraq, inzibati və ictimai binaların layihələndirməsində tez-tez istifadə olunan yerdən dirəklərlə qaldırılmış və tərs çevrilmiş pilləli piramidanı göstərmək olar. (Romada Böyük Britaniya səfirliyi, 1971, memar Bezil Spens; Boston City Hall, Boston, Massaçusets, ABŞ, 1981, memarlar: Q. Kalman, M. Mak-Kinnel, E. Houls; və s.)

Brutalizmin əsas xüsusiyyətləri:

  • Funksionallıq;
  • Binanın böyük formasını və konstruksiyasını vurğulayan urbanistik görünüşü;
  • Cəsarətli və mürəkkəb kompozisiya həlli;
  • Tikinti materiallarının səthi bəzədilmir, öz təbii formasında saxlanılır;
  • Beynəlxalq xarakter daşımalı;
  • Dəmir-betonun üstünlük təşkil etməsi;
  • Sifarişə kompleks, şəhərsalma yanaşması.
  1. Meades, Jonathan. "The incredible hulks: Jonathan Meades' A-Z of brutalism". The Guardian. 13 February 2014. 29 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2014.
  2. Golan 2003, p.3 Arxivləşdirilib 2007-08-30 at the Wayback Machine.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]