Brute-Force hücumu

Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur.

Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır. Müasir dünyada kiber təhlükəsizliyin inkişafı ilə bir çox sistemlər 64-bit, 128-bit, hətta 256-bit şifrə paneli dəstəkləyir. Kiçik bir hesablama aparsaq belə şifrələrin qırılması aylarla çəkə bilər. Brute-Force hücumunun müasir dünyada zəifləməsinin başqa bir səbəbi hücum zamanı şifrə əgər 5 dəfə yanlış yığılarsa müəyyən müddət ərzində hesab güvənlik altına alınır. Beləcə Brute-Force hücumu dayandırılır.