Bubiyan adası (ərəb. جزيرة بوبيان) — İran körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 863 km²-dir. Adada yaşayış yoxdur.
Bubiyan adası | |
---|---|
ərəb. جزيرة بوبيان | |
Ümumi məlumatlar | |
Sahəsi | 863 km² |
Uzunluğu |
|
Eni | 24 km |
Əhalisi |
|
Yerləşməsi | |
29°47′ şm. e. 48°11′ ş. u.HGYO | |
Ölkə | Küveyt |
Akvatoriya | |
|
Küveytin ən iri adasıdır. Ölkənin şimal-şərqində yerləşir. Şəttül-Ərəb çayının məsəbində yeləşir. Materikdən və Varba adasından ensiz boğazla ayrılır. Adanın uzunluğu 40 km, eni isə 24 km-dir.
Adanın sahilləri bataqlıqlaşsada mərkəzi quru vadidən ibarətdir.
Bubiyan əsasən materikə beton körpü ilə birləşdirilmişdir. Körpü əsasən hərbi məqsədlər üçün istifadə edilir. Körpünün uzunluğu 2380 m[1]-dir. Tikintisinə 1981-ci ildə başlanılan körpü 1983-cü ildə təhvil verilmişdir[2]. Körfəz müharibəsi zamanı 1991-ci ilin avqustunda körpünün 4 aşırımı dağıdılmışdır. Bərpası 1999-cu ildə[3] gerçəkləşdirilir.
1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun Bubiya adasına olan iddiası sona çatmışdır[4].