Bucaq — Şanlıurfanın Sivərək və Hilvan rayonlarında məskunlaşmış zaza[1] tayfası. 60 kənd var. Əhalisi 150 min nəfərdən ibarət olan tayfa XIX əsrin əvvəllərində Diyarbəkirdən Siverekə köçmüşdür.
Şeyx Səid üsyanında dövlətin tərəfinə keçmişdilər.[2] Onlar PKK ilə mübarizədə Türkiyənin yanında olmuşlar.[1] Sədat Bucaq tayfanın tanınmış adları arasındadır.