Budapeşt əməliyyatı

Budapeşt[1] əməliyyatı (1944–1945) — Böyük Vətən müharibəsində (1941–1945) sovet qoşunlarının (2-ci Ukrayna cəbhəsi, komandan — marşal R. Y. Malinovski, 3-cü Ukrayna cəbhəsi qoşunlarının bir hissəsi, komandan — marşal F. İ. Tolbuxin), Dunay hərbi donanması (kontr-admiral G. N. Xolostyakov) ilə birgə keçirdiyi strateji hücum hadise Macarıstan

Budapeşt əməliyyatı
Tarix 24 dekabr 1944
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Budapeşt əməliyyatı düşmən qruplaşmasını darmadağın etmək və Macarıstanı Almaniya tərəfində müharibədən çıxarmaq məqsədilə aparılmışdı. 2-ci Ukrayna cəbhəsi qoşunlarına (cəmi 760 min nəfər, 9 min top və minaatan, 868 tank və özügedən artilleriya qurğusu, 1.3 min təyyarə) qarşı Almaniyanın "Cənub" rduları qrupu (general-polkovnik G. Frişner, dekabrın 23-dən piyada qoşun generalı O. Vener; 510 min nəfər, təqribən 4,2 min top və minaatan, təqribən 800 tank və hücum topu, 500 təyyarə) dayanmışdı. 1944-cü il oktyabrın 29-da sovet qoşunlar qəflətən hücuma keçdi. Noyabrın 2-də onlar artıq Budapeştin 15 km.-liyində idilər, lakin 2-ci Ukrayna cəbhəsi qoşunları şəhəri ələ keçirə bilmədi. Buna görə də, dekabrın 20-dən 3-cü Ukrayna cəbhəsi qoşunlarının bir hissəsi bu vəzifənin yerinə yetirilməsinə cəlb edildi. Dekabrın 26-da hər iki cəbhənin qoşunları düşmənin Budapeşt qruplaşmasının (təqribən 10 diviziya) mühasirəyə alınmasını başa çatdıraraq Esterqom rayonunda birləşdilər. Sonra mühasirəyə alınmış 188 minlik qruplaşma darmadağın edildi. 1945-ci il fevralın 13-də isə Budapeşt tutuldu. Müharibənin nəticəsi Macarıstanın Almaniya tərəfində müharibədən çıxması oldu. Almaniya komandanlığı öz qoşunlarının Yuqoslaviyadan çıxarılmasını sürətləndirdi.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 21. ISBN 978-9952-441-10-9.
  1. (#empty_citation)