Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut, v. 5 avqust, 2024) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.[1]
Budaq Təhməz | |
---|---|
Budaq Təhməz oğlu Təhməzov | |
Doğum tarixi | |
Doğum yeri | Siyaqut, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Ümumşəhər qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi |
Tanınmış əsərləri | “Mən vətənin oğluyam”, “Şair ürəyi”, “Kəndimizə bir qız gəlib şəhərdən” və b. |
Mükafatları | Məmməd Araz mükafatı laureatı. |
Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib [2]
"Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu "Vətən mövzusu" olmuşdur. Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur:[3]
Ayrılıq odundan gözüm dolubdur.
Bakı da Vətəndir, Təbriz də Vətən,
Şairin «Şərurum», «Darı dağ», «Maxta», «Siyaquta qayıtmışam», «Ordubadı gəzərkən», «Arpaçayı aşdı-daşdı», «Naxçıvan torpağı», «Axura» və s. şeirlərində Azərbaycanın ayrılmaz torpağı olan Naxçıvan Muxtar Respublikasının gözəlliyi tərənüm edilir:
"Şərur düzlərində qaynayır həyat, Zəfər mücdəlidir Culfa, Ordubad. «Badamlı», «Sirab»ı dərdlərə dərman, Səfa qaynaqlıdır yaranışından." |
Budaq Təhməzin yaradıcılığı barədə əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev "Kommunist" qəzetinin 25.10.1983-cü il tarixli sayında, habelə akademik İsa Həbibbəyli onun şeirləri haqqında müsbət fikirlərini bildirmişdir. Filologiya elmləri doktoru Muxtar Kazımoğlunun, geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmudun, filologiya elmləri namizədi Sona Vəliyevanın, Xalq şairi Balaş Azəroğlunun, şair Rafiq Odayın və başqalarının şairin yaradıcılığı haqqında maraqlı fikirlər söyləmişdilər. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu yazır:
“Budaq Təhməzin yaradıcılığına şairlərimizdən ən çox Səməd Vurğunun təsiri var. Sözün səlis dildə şairanə ifadəsi təbii bir cazibə yaradır və bu cazibə hesabına Səməd Vurğuna bağlanan hər hansı şair (o cümlədən, şair Budaq Təhməz. B.İ.) istər-istəməz hadisələrə eynilə Səməd Vurğun üslubunda yanaşmağa başlayır”. |
Geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmud isə şair Budaq Təhməzin yaradıcılığını belə qiymətləndirir:
“Budaq Təhməz öz fərdi üslubu ilə seçilən şairlərimizdəndir. Poeziya şairin taleyinə düşən alın yazısıdır. O, öz fikrini istənilən formada ifadə edə bilir.” |
Filologiya elmləri namizədi Sona Vəliyeva şairin yaradıcılığına fəlsəfi nöqteyi-nəzərdən yanaşır:
“Vətən sevgisi, sərhəd genişliyinin üfüqlərinə gedən yolun başlanğıc nöqtəsi doğulduğumuz evdən, həyətdən, bölgədən başlayır. Ağlımız, təfəkkürümüz böyüdükcə Vətən sərhəddinin sevgi hüdudlarını da həmin ölçüdə dərk edirik. “Şərurum” şerinin işığında sadə bir insanın, duyğulu şairin boya-başa çatdığı yurduna məhəbbətini gördüm: |
Tarlaların məhsulunu bol eylər,
Günəş baxar, üfüqlərdən əl eylər,
Əyilməyən dağ vüqarın qürurun,
"Şərurum", Budaq Təhməz
Xalq şairi Balaş Azəroğlu isə Budaq Təhməzə olan məhəbbətini belə ifadə edir:
“Mən Budaq Təhməzin söz dünyasına nəzər saldıqda hiss etdim ki, onun şeirləri də özü qədər səmimi və ürəyəyatandır. Onda ilhamlı bir şair ürəyi var, hər kəlməni, hər misranı ürəyinin süzgəcindən keçirərək yazır. Sözə qiymət verən oxucunu inandıran əsl söz adamıdır.” |
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tarix elmləri namizədi, NDP-nun "Qeyrət” nəşriyatının direktoru işləmiş Vaqif Məmmədov yazırdı:
“Böyük Mövlanın bir kəlamı var: - "Ya göründüyün kimi ol, ya olduğun kimi görün...” Mən tam səmimiyyətlə deyərdim ki, Budaq olduğu kimi görünən və göründüyü kimi olan şairdir. Budaq bir sifətli insandır.O. yarım əsrdən çoxdur ki, şeirimizin əli qabarlı fəhləsi kimi bu yolda külüng vurur. Mənim Budaq Təhməz yaradıcılığına bir tədqiqatçı kimi, folklorumuzun, xalq yaradıcılığımızın, aşıq şeirimizin bilicisi kimi də böyük hörmətim var.” |
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin “Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə “Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb.