Rəvan Tohidoğlu

Rəvan Tohid oğlu Səmədov (13 dekabr 1983, Bakı) — azərbaycanlı yazıçı,[1] hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014).[2]

Rəvan Tohidoğlu
Doğum tarixi 13 dekabr 1983(1983-12-13) (40 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hüquqşünas, yazıçı
Fəaliyyət illəri 1999-cu ildən
Əsərlərinin dili Azərbaycan dili
Janr dram
Üzvlüyü
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi" yubiley medalı
İmza

Rəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib.[3] Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub[4] və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb,[5] elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.[6]

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb. 2009–2014-cü illərdə İşgəncələrin qarşısının alınması üzrə Milli preventiv qrupun üzvü olub. 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri, 2018–2021-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub.

Hazırda dövlət qulluğunda fəaliyyətini davam etdirir. Dövlət qulluğunun baş müşaviridir.

30-dan çox elmi nəşrin müəllifidir. 10-dək empirik tədqiqat layihəsi həyata keçirib. 60-dək xarici ölkədə müxtəlif səpkili səfərlərdə olub və beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış edib.

Sosial-Hüquqi Elmlər Assosiasiyasının (Birləşmiş Krallıq) və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (ABŞ) üzvüdür, "Sosial Elmlər Beynəlxalq Jurnalı"nın rəyçisidir.[7]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa erkən yaşlarında başlayıb. İlk kitabı 16 yaşında olarkən işıq üzü görüb. İki bədii kitabın ("Vətən naminə" (2000), "Nakam arzular" (2004)), onlarla pyesin müəllifidir.

Əsərləri Azərbaycan və Rusiya teatrlarında tamaşaya qoyulub.

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2013–2014-cü illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri olub.[8]

Tamaşaya qoyulmuş əsərləri

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən "2005-ci ilin yeni nəsil yazarı" nominasiyasında Milli Kulturoloji Mükafat, 2007-ci ildə Bakı Dövlət Universiteti tərəfindən "BDU-da oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə" Fəxri Fərman, 2014-cü ildə Ülyahəzrətin Həbsxanalar üzrə Baş İnspektoru tərəfindən "Birləşmiş Krallıqda keçirilən beynəlxalq konfransın işinə verdiyi töhfəyə görə" Təşəkkürnamə ilə təltif edilib.

23 yanvar 2023-cü il tarixində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[16]

  1. "AZƏRBAYCAN YAZIÇILARI". 9 Jul 2016 – 25 Nov 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  2. "Dünya Gənc Türk Yazarlar Birliyinə yeni sədr seçildi". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  3. "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lids Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir". 2019-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  4. "Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın qərarı". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  5. 11th International Academic Conference organized by the International Institute of Social and Economic Sciences
  6. "REVAN TOHİDOĞLU (1983 - )". 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  7. "International Journal of Social Sciences Reviewers". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
  8. "DGTYB konfransı keçirildi". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  9. ""GÜC BİRLİKDƏDİR" TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANMIŞDIR". 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  10. ""İNCƏBEL QARI" TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANILMIŞDIR". İstifadə tarixi: 2019-05-18.
  11. "SUMQAYIT TEATRI 38-Cİ MÖVSÜMÜNÜ BAĞLAMIŞDIR".
  12. "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI, NAXÇIVAN BÖLMƏSİ (ISSN 2218-4783). XƏBƏRLƏR. İctimai və humanitar elmlər seriyası № 3. S. 291" (PDF).
  13. "Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində "Taleyin oyunu"". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  14. ""İncəbel və Div" Mingəçevir Teatrında". 27 Feb 2016 - 26 Mar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  15. "Bölgə səhnələrinə nəzər". 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  16. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]