Buddist rahiblərin Nepaldan qovulması — 1926-cı və 1944-cü illərdə Rana sülaləsi tərəfindən buddist rahiblərin Nepaldan sürgün edilməsi. Bu, Rana hökumətinin XX əsrin əvvəllərində Nepalda theravada buddizminin dirçəlişini yatırtmaq üçün apardığı kampaniyanın bir hissəsi idi. Onlara qarşı irəli sürülən ittihamlar arasında yeni dini təbliğ etmək, hinduların dinini dəyişdirmək, qadınları mürtədliyə təşviq etmək və bununla da ailə həyatına xələl gətirmək, nevar dilində kitablar yazmaq var idi.[1][2]
1946-cı ildə Şri-Lankanın xoşməramlı missiyası Katmandunu ziyarət etmiş və buddist rahiblər adından şəfaət etmişdir. Nümayəndə heyəti vurğulamışdı ki, Nepal Buddanın doğulduğu yerdir və onun davamçıları onun doğulduğu ölkədə öz inanclarını həyata keçirməkdə azad olmalıdırlar. Daha sonra buddist rahiblərə qoyulan qadağa aradan qaldırılmışdır. Rahiblər Nepala geri qayıtmış və dini təbliğ etməyə davam etmişdilər.[3]